2008-ci ildən indiyədək 93 ölkənin bağlı olduğu Coca-Cola Avrasiya və Afrika Qrup Başçısı olaraq vəzifəsini yerinə yetirən Əhməd Pozar, Coca - Cola International-a başçılıq edəcək. Beləcə 2009 -cu ildən Coca - Cola şirkətində vəzifəsini yerinə yetirən Muxtar Kentin yanında şirkətlərin birində rəhbərlik Türkə təqdim olunacaq.
İQTİSADİYYAT XİDMƏTİ
Coca-Cola rəhbərlik quruluşunu dəyişdirdi. Buna görə, 1 Yanvar 2013-cü il etibarilə şirkətin qlobal rəhbərliyi Coca-Cola International, Coca-Cola Americas və Bottling Investments Group olmaq üzrə üç yerə ayrılacaq. Şirkətin Avrasiya və Afrika Qrupunun başçılığını icra edən Əhməd Pozar, Coca-Colanın Amerika qitəsi xaricindəki bütün ölkələri əhatə edən beynəlxalq fəaliyyətlərinin icra ediləcəyi Coca-Cola Internationalın başçısı olacaq. Coca-Cola Refreshments başçısı Steve Cahilləne isə, Şimal Amerika və Latın Amerikanın bağlı olduğu Coca-Cola Americas başçılığına təyin edildi. Irial Finan da Coca-Colanın Şimal Amerika xaricindəki Bottling əməliyyatlarını icra edən Bottling Investments Group başçılığı vəzifəsinə davam edəcək.
Muxtar Kent vəliəhdini axtarır'
Coca-Colanın icraçı direktoru və İdarə heyətinin başçısı Muxtar Kent, şirkətin 2020 vizionuna doğru irəliləyərkən ən doğru quruluşun bu şəkildə olduğuna inandığını ifadə edərək, "Yeni təyin etdiyimiz üç idarəçi bu günə qədər müvəffəqiyyətlərini bir çox sahədə sübut etmişdir. Ahmed Bozer, güclü beynəlxalq təcrübəsi ilə fərqli coğrafiyada işimizi artırarkən, bir çox müvəffəqiyyətləri imzalamış bir liderdir. Steve Cahillənə, Şimal Amerika əməliyyatlarımızın rəhbərliyində çox əhəmiyyətli bir rol oynadı. Irial Finan, Coca-Colanın dörd qitədəki Bottling əməliyyatlarının müvəffəqiyyətində təsirli rolu üzərinə götürdüyünü" bildirdi.
Reuters Xəbər Agentliyi bildirdi ki, Coca - Colanın qlobal işlərini 3 parçaya bölməsinin əsas səbəbinin Muxtar Kentin gələcəkdə öz yerinə keçə biləcək adların performansını görmək istəməsidir. İçki sektorun nəbzini tutan Beverage Digest nəşrinin redaktoru John Sicher bildirdi ki, xəbər qaynaqlarına əsaslanaraq, Muxtar Kentin uzun illər Coca - Colaya başçılıq edəcəyini, lakin tezdə olsa vəliəhdini hazırlamaq istədiyini ifadə etdi. O həmçinin bildirdi ki, "Bu yeni quruluşla Muxtar və Coca - Colanın idarə heyəti, Ahmed Bozer və Cahillənənin daha çox böyük rolları öhdəliyəcəyini görmək istəyir."
Ahmed Bozer kimdir?
Ahmed Bozer, 1990-cı ildə Cola-Colanın Atlantdakı mərkəzində Maliyyə İdarə müdiri olaraq vəzifəyə başlamışdı. 1992-ci ildə Türkiyə Bölgəsinə Maliyyə müdiri olaraq təyin edilən Bozer, 1994-cü ildə Coca-Cola Bottling Əməliyyatları üzrə Maliyyə Direktorluğu vəzifəsinə keçmişdir. 1998-ci ildə Türkiyə Coca-Cola Bottling Qrupu Murahhas Azası vəzifəyə təyin edildi. 2000-2003-cü illər ərzində əvvəl Avrasiya hissəsinə, daha sonra isə Avrasiya və Orta şərq hissəsinə başçılığını icra etdi. 2003-2008-ci ildə Ahmed Bozer məsuliyyət sahəsinə Rusiya, Ukrayna və Belarus bölgəsi ilə Hindistan və Cənub-qərb Asiya əlavə olundu. Hal-hazırda Pozar 2008-ci ildən indiyədək 93 ölkənin bağlı olduğu Coca-Cola Avrasiya və Afrika Qrupu başçısı olaraq vəzifəsini yerinə yetirir.