Nielsen 2018 Qlobal E-Ticarət Hesabatına görə, dünya miqyasında e-ticarət, 2018-ci ildə bir öncəki ilə görə 18% böyümə əldə edib və 2,9 trilyon dollara yüksəlib. 2018-ci ildə isə Türkiyədə sektor ilə bağlı böyümə isə 38% civarında olub. Nielsen Qlobal E-Ticarət Hesabatı 2018 və 2019 araşdırmalarının vacib məqamlarını sizinlə paylaşırıq.
Şəhər əhali sayı və yüksək mobil inteqrasiya ən böyük üstünlüyümüzdür
Nielsen-in Türkiyə üzrə rəhbəri Didem Şekerel Erdoğan və Nielsen Pərakəndə Xidmətləri Direktoru İlker Unutkan bu iki hesabatı belə şərh edib.
Didem Şekerel Erdoğan: “Nielsen-in 2019-cu il E-Ticarət Hesabatına görə, Türkiyədə internetdə keçirilən orta vaxt, qlobal araşdırmalarla paralel şəkildə gündə təxminən 7 saatdır. Türkiyədə online alış-veriş edənlər, ayda ortalama dörd dəfə online alış-veriş edir. Amma hər gün alış-veriş edən 4%-lik bir qrup var. Online alış-verişdə xüsusilə cib telefonlarının lider olduğunu görürük. Son illərdə artan ağıllı telefon istifadə nisbətinin, online alış-verişin böyüməsinə pozitiv təsirini deyə bilərik”.
İlker Unutkan: “Şəhər əhali sayı və yüksək mobil inteqrasiya ən böyük üstünlüyümüzdür. İnternetdə keçirilən vaxt təxminən 7 saat, bu isə ABŞ və Çinin üzərindədir. Online alış-verişdə çox vacib rola sahib olan mobil telefon inteqrasiyası və istifadəçi sayında da qloabl ortalamanın üzərində bir səviyyədəyik”.