Peugeot-Citroen (PSA) avtokonserni və Fiat Chrysler qlobal birləşmə haqqında müqavilə imzalayıblar.
Facemark.az xəbər verir ki, bu haqda şirkətin birgə bəyanatında deyilir.
Razılaşma bərabər əsaslarla imzalanıb. Hər iki şirkətin səhmdarları birləşmiş qrupun səhmlərinin 50%-nə sahib olacaq.
“Birləşmə nəticəsində isə satışlarının həcminə görə, dünyanın dördüncü ən böyük avtoistehsalçısı yaranır və gəlirlərinin həcminə görə isə, üçüncü şirkət”, - deyə xəbərdə deyilir.
Kompaniyadan isə təxmin edirlər ki, qrupun satış həcmi 8,7 milyon ədəd, gəlirləri 170 milyard avro, əməliyyat gəliri isə 11 milyard avrodan çox olacaq. Gəlirlərinin təxminən yarısının (46%-nin) Avropdan, 43%-nin isə Şimali Amerikadan gəlməsi gözlənilir.
Qeyd edək ki, şirkətlərin birləşməsi üzərində avoistehsalçıların rəhbərləri oktyabrın sonundan işləməyə başlayıblar. Birləşmə isə səhmdarların və rəsmi orqanların razılığı nəzərə alınmaqla tamamilə 12-15 ay ərzində başa çatacaq.
PSA Peugeot və Citroen-ın inkişafı üzərində işləyir. Fiat isə Fiat brendi altında Fiat, Lancia, Alfa Romeo, Abarth, Ferrari və Maserati avtomobillərini istehsal edir.
Bildirək ki, 2015-ci ildə General Motors şirkəti birləşmə haqqında təklifini irəli sürmüşdü, ancaq avtoistehsalçı şirkət bu təklifə müsbət yanaşmamışdı.