Boliviya hökuməti təsdiq etdi ki,amerika şirkətləri Coca-Cola və McDonald's bu ölkədə 21 dekabr 2012-ci il tarixindən etibarən öz fəaliyyətlərini dayandıracaqlar.
Boliviyanın xarici işlər naziri David Çokeuanka qeyd etdi ki, qərar "maya hindilərinin təqviminə uyğun olaraq həyata keçiriləcək, həmçinin kapitalizmin sonunun qeyd edilməsinə və mədəni həyatın başlanğıc bayramlarının bir hissəsi olacaq".
Çokeuanka –nın sözlərinə görə, "21 dekabr 2012-ci il eqoizm bölməsinin sonudur. 21 dekabr tarixi Coca-Cola –nın sonu olmalıdır. Yer üzərində planetlər 26 min ildən sonra düzəlir və bu da kapitalizmin sonu kommunitarizmanın isə, başlanğıcı deməkdir."
Boliviya prezidenti Evo Morales izah etdi ki, ölkəsində bu şirkətlərin fəaliyyətlərinin dayanacağı haqqında qərar səhiyyə haqqında qanunlara və mədəniyyətə əsasən qəbul edilmişdir. O həmçinin, vurğulayır ki, Coca-Colada infarkt, insult və xərçəng kimi xəstəliklərə səbəb olan bir çox zərərli maddələr mövcüddur.
Eyni zamanda, McDonald's-ın bu ölkənin ərzaq mədəniyyətinə girmək cəhdindən 14 il sonra Boliviyada müflis olmuşdur. Yerli sakinlərin qastronomiya zövqləri amerikanın dünyada tanınmış ''fast-fud'' şəbəkəsinin təklif etdiyi məhsul seçimiylə üst-üstə düşmədi.