Vodka brendi Ultimat Nyu-York və Çikaqoda promo-aksiya keçirib.


Pəncərə yuyan kostyumda vodkanı reklam etdi, hansı ki, şüşə divarlar boyunca tikinti kabinəsində üzərində yazılar olan lövhələrin köməkliyi ilə işçiləri içki içməyə dəvət edir.


Növbə ilə dəyişdirilən lövhələrdə bu sözlər yazılmışdı: “Ey, insanlar, sizə çatmaq çətindir”, “Siz ümumiyyətlə təmiz hava haqqında eşitmisiniz? O əladır!”, “Sizin burdan saat 6-ya qədər çıxmağınızın şərəfinə içək”, “Daha az iş, daha çox əyləncə - sağlam olacağıq!”. Pəncərə yuyanın göstərdiyi sonuncu lövhədə Ultimat vodkalarının reklam posteri yerləşmişdi.


Kampaniya ofis işçilərini Ultimat vodkalarının paylanıldığı promo-aksiyaya cəlb etmək üçün nəzərdə tutulmuşdu.


Nyu-York göydələnləri birinci dəfə deyil ki, reklamda istifadə olunur. 2012-ci ilin qışında binaların fasadlarında “Mad Men” serialının reklam plakatları yerləşdirilmişdir, belə ki, iş geyimində sanki binanın üzərindən yıxılan insanların təsvirləri yerləşdirilmişdi.