Facemark.az xarici mənbələrə istinadən xəbər verir ki, uzun müddətdir davam edən Pepsi və Coca-Cola rəqabəti çox vaxt Pepsi tərəfindən kor dad testləri ilə gücləndirilir. Brend rəqibini ələ salan kampaniyalarına yenə də davam edir.
Pepsi Avstraliya tərəfindən nəşr olunan "Tastes OK" kampaniyası Coca-Cola adının "zəifliyinə" diqqət yetirir.
Special kreativ agentliyinin hazırladığı görüntülərdə Coca-Cola ilə fast food menyusunu görürük. Sözügedən görüntülərdə rəqibin adının "Cola" "OK" hissəsinə diqqət çəkən Pepsi Max, yalnız "yaxşı" qəbul etməyin damağa haqsızlıq olacağını vurğulayır.
Special-dan kreativ direktorlar Simon Gibson və Nils Eberhardt təəccüblü şəkildə Coca-Cola-dan ilham aldıqlarını söyləyirlər və əlavə edirlər; “Biz Coca-Cola tərəfindən yayımlanan bir görüntüdən ilhamlandıq. Çox vaxt deyirlər ki, dostlarını yaxın tut, rəqiblərini daha da yaxın tut...”