Sanrio 50 yaşını qeyd etməyə hazırlaşan Hello Kitty üçün Crocs ilə əməkdaşlıq edərək yeni kolleksiya yaradıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Hello Kitty" Crocs kolleksiyasında nostalji ilə müasir dizaynı birləşdirən üç fərqli üslub var. Yalnız şirin görünüşə malik olmayan bu məhsulların altlıq və daban kəmərində "Hello Kitty"nin loqosu və adı var. Məhsullar böyüklər, uşaqlar və yeniyetmələr üçün müxtəlif ölçülərdə mövcuddur.
18 yanvar 2024-cü ildə dünya üzrə istehlakçılara çatdırılması planlaşdırılan "Hello Kitty" Crocs kolleksiyasının qiyməti 69,99-99,99 dollar arasında olacaq.