Apple-ın The Greatest reklamı, Televiziya İncəsənət və Elmlər Akademiyası tərəfindən təşkil edilən Creative Arts Emmy Mükafatlarında ilin ən yaxşı reklamı adına layiq görülüb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, keçən il Hollivud aktyor və yazıçılarının etirazı səbəbiylə 2024-cü ilə təxirə salınan təşkilatda Outstanding Commercial Emmy Award’unu qazanan "The Greatest" 2022-ci ilin dekabrında ekranlara çıxıb.


Apple məhsullarının əlçatanlıq xüsusiyyətlərindən istifadə edən əlilliyi olan insanların çəkildiyi, rejissor Kim Gehrigin filmi Cannes Lions 2023-də Entertainment Lions for Music kateqoriyasında Grand Prix mükafatına layiq görülüb.