Nissan kompaniyası yeni reklam kampaniyasını təqdim edir-Nissan Patrol.


“İstənilən yolda eksklüziv” sloqanı ilə keçirilən kampaniya xüsusi olaraq Rusiya bazarı üçün yaradılıb və Nissan Patrol-a məxsus dəbdəbə və rahatlığı təqdim etmək üçün hazırlanıb. Son nəsil model Nissan brendinin xarakterik xüsusiyyətlərini özündə əks etdirir.


“Nissan Rusiya bazarında aparıcı mövqedə yer tutur, o cümlədən yüksək ötürücülü avtomobillər seqmentində güclü rəqibdir”-deyə, Nissan Şərq regional şöbəsinin baş direktoru Fransua Qupil de Buye bildirir. Bu reklam kampaniyasını yaradaraq biz Nissan Patrol-un yol performanslarını aydın şəkildə təqdim etmişik”.


Yeni reklam kampaniyası Nissan kampaniyasının sifarişi ilə TBWAMoscow TBWAG1 agentlikləri tərəfindən, məşhur rejissor Bruno Avelyana-nın rejissorluğu ilə çəkilmişdir.


TBWAMoscow –un kreativ direktoru Andrey İvanov qeyd edir: “Avtomobil özü ideyanı təklif etdi. Biz hazırki modelə məxsus əsl dəbdəbəni göstərmək istəyirdik”.


Televiziya reklam çarxı Patrolun dinamik imkanlarını nümayiş etdirir və avtomobilin zərifliyi əks etdirir.


Süjet xəttinə görə, Nissan toranlıqda şəhəri tərk edir, şosse ilə, daha sonra isə sərt yolarla gedir. O yamacdan qalxanda biz gözləmə anlarını görürük və şık geyimli insanların bizim “qəhrəmanı” necə gözlədiklərinin şahidi oluruq. Batan günəşin şüaları altında şərəfli qonaq görüş yerinə çatır. Beləliklə, şənlik başlaya bilər.


Kampaniyanın ideyası–Patrolun əsas hədəf kütləsi olan iş adamlarına yönəlmişdir”-deyə, TBWAMoscow-un strategiya planlaması üzrə mütəxəssisi Anton Şukaylo bildirib. Bu insanlar SUV-dan ən yaxşısını tələb edənlərdir.


Yeni reklam kampaniyası Rusiyada 1 avqust tarixindən etibarən televiziya, bundan başqa, çaplı və rəqəmsal mediada yayımlanacaq.