Qazaxıstanda bahalı və yaradıcı reklam məhsulu yaratmaq əlverişsizdir. Qazaxstanın məşhur reklam fotoqrafı, dizayneri və reklamçısı Danila Oleynik belə fikirlə bölüşdü.
O hesab edir ki, qazaxstan bazarı üçün yerli reklamın keyfiyyət səviyyəsi olduqca münasibdir. Problem isə reklamın kiçik əhalisindən, aşağı alıcılıq qabiliyyətindən və kiçik büdcələrdən ibarətdir. "Ödənməyəcəyinə görə bahalı reklam çəkmək mənasızdır. Bəzən sadə bir elan yaradıcı bir reklam çarxı ilə müqayisədə böyük effektivlik gətirib çıxara bilər. Ona görə də, həmişəki kimi qazaxstan istehlakçısına bu ''reklam anlaşılmaz" ola bilər kimi bir narahatlıq hissi mövcüddur - Oleynik bildirdi.
O həmçinin qeyd etdi ki, Alma-Atada reklamla vəziyyət ayrıca bir mövzüdur. "Alma-Atada yaxşı satılan hər bir şey, bütün Qazaxıstanda yaxşı satılacaqdır. Lakin, Qazaxıstanda yaxşı satılan bir şey, Alma-Atada müvəffəqiyyətlə satılmaya bilər. Alma-Ata istehlak bazarının indikatoru deyildir. Şəhər ərköyünləşdirilmişdir və ''unbranded'' olmuşdur. Reklamçı həmçinin əlavə etdi ki, ''burada istehlakçını öz tərəfinə yönəltmək çox çətindir".
Qazaxıstanda "Cannes Lions" festivalının rəsmi nümayəndəsi Asxat Uskembaev bele hesab etmir. "Cannes Lions" festivalının mətbuat konfransında, yerli reklamçıların səfər münasibəti ilə o bildirdi ki, Qazaxıstanda istehsal edilən reklam məhsulunun keyfiyyəti bir qədər aşağıdır.
"Qazaxstan reklamları daş dövründədir. Lakin biz artıq çəkic hazırlamağa və qığılcımları sındırmağa başlamışıq. Uskembaev sözlərinə görə, ''onlar bu istiqamətdə işə başlayıblar".
O qeyd etdi ki, proqressiv dünya reklamı Qazaxıstanda olan reklamlardan xeyli fərqlənir. Mənbələrə əsasən, "Son tendensiyalar ın əksəriyyətdə reklam çox sadədir və tamaşaçı reaksiyasının dərhal almasına yönəldilmişdir. İstehlakçıdan cavabı İnternet, telefon və ya SMS-a vasitəsi ilə dərhal gözləyirlər. Bizdə hələlik reklam işinin analizi olmadığına görə, birtərəfli əlaqə mövcüddur".
Onun fikirincə, "Cannes Lions" festivallarına oxşar festivallara sifarişçilər daşımaq lazımdır. Bu halda onlar reklamın necə edilməli olduğunu, hansı keyfiyyətlə, təchizatla və yaradıcılıqla hazırlanmalı olduğunu görəcəklər. Ekspertin sözlərinə görə, qazaxstan reklamçıları reklamı maraqlı etmək üçün yalnız bu üsüldan istifadə edə bilərlər. "Hələ ki reklamçılar sifarişçiləri, sifarişçilər isə reklamçıları gunahlandırırlar. Lakin Uskembaev əlavə etdi ki, reklamçılar müştəriləri istiqamətləndirməli və onlara bütün imkanları və yeni tendensiyaları göstərməlidirlər".
Qeyd edək ki, iyulun 17-dən 23-dək keçirilmiş "Cannes Lions" festivalında "Press" və "Outdoor" nominasiyalarında 18 qazaxstan işi təqdim edilmişdilər . Buna baxmayaraq, onlardan heç biri finalçıların siyahısına daxil olmadi. Bununla belə, bütün işləri interaktiv kiosklarda görmək mümkündür.