Unilever kompaniyası dayanacaqlarda interaktiv panellərdən istifadə edib.
Unilever Moskvada potensial müştərilərlə əyləncəli interaktiv ünsiyyət qurmaq üçün uğurlu şəkildə kampaniya həyata keçirib, belə ki, şəhərin mərkəzi küçələrində toxunma texnologiyalı 9 oyun panelini avtobus dayanacaqlarında yerləşdirib. 1 iyun-1 iyul tarixləri arasında insanlar 37318 dəfə bu virtual futbolu oynamışlar və CLEAR vita ABE brendinin keçirdiyi kampaniyada iştirak etmişlər. Qeyd edək ki, Kristian Ronaldo bu brendin simasıdır. 2012-ci ilin yazı və yayında dayanacaqlarda həmçinin Axe və Lipton brendlərinin də reklamları yerləşdirilmişdir-bu innovativ qurğu çox gözəl nəticələr verdi və gələcəkdə də Unilever brendlərinin təbliğində istifadəsi planlaşdırılır.
Barmaqlarınızın ucunda qol
CLEAR vita ABE-nin innovativ reklam kampaniyasının uğuru hədəf kütləsi ilə ünsiyyət üçün zaman və məkanın düzgün seçilməsi ilə üst-üstə düşdü. Yayın əvvəlində azarkeşlərin diqqəti Euro-2012-yə yönələndə Moskvanın mərkəzi küçələrində quraşdırılmış interaktiv panelin köməkliyi ilə virtual futbol oynamaq şansı yarandı.
Oyunçulara bir neçə toxunma hərəkəti vasitəsilə oxşar saç düzümləri ilə 5 əfsanəvi futbolçudan birini seçmək CLEAR vita ABE-nin kişilər üçün olan şampun seriyasından istifadə edərək cərimə vurmaq, topun uçuş trayektoriyasını və zərbənin gücünü düzgün təyin etmək və qol vuranda tribunanın reaksiyasından zövq almaq da mümkün idi. “Başla oyna! Gözəl oyna!” sloqanı ilə keçirilən oyunlarda ay ərzində 9 ədəd paneldə 37318 dəfə oynanılmışdı.
Komanda oyunu: CLEAR vita ABE kampaniyasının müəllifləri və təşkilatçıları
CLEAR vita ABE interaktiv kampaniyası brendin kreativ komandası və dijital-agentlik Grape tərəfindən hazırlanmış və həyata keçirilmişdir. CLEAR vita ABE-nin kiçik brend-meneceri Sabina Sokolova bildirir: “Dayanacaqlarda Unilever brendlərinin uğurlu şəkildə istifadəsi bu aləti Moskva üçün tamamilə yeni etdi. Nəticələr onu deməyə əsas verir ki, gələcəkdə CLEAR vita ABE və başqa brendlərin təbliği üçün küçələrdə quraşdırılmış interaktiv panellərdən yenidən istifadə ediləcək”.