Son 20 il ərzində reklamlarda mühüm rolu seks oynamağa başladı. "Reklamçılar" seksin reklamlarda diqqəti cəlb etmək üçün ən yaxşı üsul olduğunu bəyan edərkən, gəlin seksin reklamlarda nə qədər effektiv olduğuna nəzər salaq.
Başlanğıc üçün gəlin reklamların bizə nə üçün lazım olduğunu müəyyən edək. Diqqəti cəlb etmək üçün? Xeyr. Pul xərcləmək üçün? Yəqin ki yox, hərçənd bəzən belə bir təəssürat yaranır ki, bəzi "reklamçılar" əminliklə bildirirlər ki, bu məhz belədir. Reklamın məqsədi - malı və ya xidməti almaq arzusuna səbəb olmaqdır. Məhz bundan biz irəli gedəcəyik.
Beləliklə biz reklamın satılması üçün nə etməliyik? Ən yaxşısı gəlin bu haqda idarə etmə klassiklərindən birini L. Ron Xabbard-ın sözlərinə nəzər sallaq: "növbəti reklamın əsası: siz insanlarda diqqəti cəlb etməlisiniz, maraq oyatmalısınız və daha sonra öz mesajınizı çatdıra bilərsiniz. Bu məhz bu qaydada həyata keçirilir".
Burada "reklamçılar" " marketoloqlarla" birlikdə artıq ''seksin diqqəti cəlb etdiyini" təsdiqləyilər. İndi isə gəlin yenə belə bir sitata nəzər salaq və qeyd edək ki, seksin diqqəti cəlb etməsindən əlavə daha iki məqamı vacibdir. Seksin reklamlarda (xüsusilə çapda) əsas problemi isə, bütün diqqətin seksin elementinə yönəltməsiylə nəticələnir. Reklamlarda qoyulmuş mesaja ya həddən artıq az, ya da ümumiyyətlə heçnə qalmır.
Bu haqda əla sübutla "Sex battle'' adlı məqalə xidmət göstərir. Reklamlarda seks satılırmı", daha dəqiq isə tədqiqatın nəticələri onun əsasına formalaşır. Hərçənd bütün tədqiqat kifayət qədər nümunədir, bilavasitə məhsulun satışı ilə bağlı olanının üzərində dayanaq. "Seksual reklam məhsulu əldə etməyə çağırırmı" sualına, yalnız 8% kişi və 3% qadın müsbət cavab verdilər. Başqa sözlə desək, hətta əgər məhsul/xidmət kişilərə yönəldilmişdirsə, o zaman reklamınızın dəyərin 92%-ini zibil səbətinə atmısınız deməkdir.
Reklam kafedrasının və Miçiqan ştat Universitetinin PR rəhbəri Djef Riçards çox dəqiq qeyd etdi ki, "reklamda seks satır yalnız o halda ki, əgər siz seksi satırsınızsa". Bütün digər hallarda reklamlarda seks ''atılmış pul'' deməkdir.
Icazə verin psixoloqlar sizin qulaqlarıza vızıldasınlar ki, insan həyatda hər şeyi yalnız seksə görə edir ( və əlbəttə ki, bu belə deyil), icazə verin bütün "reklamçılar" reklamın əlifbasının - seksdən istifadəsində olduğunu bildirsinlər. Onların hamısını göndərin... rəqiblərə!
Beləliklə reklamlarda seks kimə lazımdır? O diqqəti cəlb edə bilməyən fırıldaqçılara lazımlıdır. Hətta onların yarıçılpaq qızların köməyi olmadan reklamlarda diqqəti cəlb edə bilməmələri dərdin yarısı deməkdir. Onların əsas problemi düzgün mesajı təşkil edə bilməmələrindən irəli gəlir (satılacaq məhsulu ) və əlbəttə ki, onlar reklam vasitəsilə onlarda olmayan reklam haqqında məlumat verə bilmirlər.
Lakin onlar yaradıcı şəkil tapa və ya video çarxı fikirləşə bilərlər ki, təxminən 58% kişi diqqəti çəksin və onlardan yalnız 10-15% yadda saxlayacaqlar ki, fılan məhsul məhz bu reklamda çəkilmişdi və ümumiyyətlə o məhsulu əldə etmək haqda daha da az düşünəcəklər. Siz ən yaxşısı bir peşəkarı təyin edin və reklamınızın effektivliyi ən azı 8%-dən 20%-ə artan kimi, onu təyin etdiyinizə görə dəydiyinə əmin olacaqsınız.
Sizlərə keyfiyyətli reklamlar və daha böyük satış həcmləri arzu edirik!