Aegis Group plc Böyük Britaniyada Data2Decisions Limited (D2D) və I Spy Marketing Limited və agentliyin filialı olan 4Search Limited də daxil olmaqla əldə edilməsi barədə məlumat yayıb.


31 dekabr 2011-ci il tarixli məlumata görə I Spy agentliyində ümumi fəalların dəyəri 2.9 milyon euro-dur, D2D agentliyi üçün isə analoji göstərici 31 yanvar 2012-ci il üçün 2.2 milyon euro təşkil edir.


D2D marketinq münasibətləri effektivliyinin analizi sahəsində müstəqil məsləhətçi hesab olunur. 2001-ci ildən etibarən agentlik sürətlə inkişaf etmişdir və Avropada öz seqmenti üzrə ən böyük agentliklərdən biri hesab olunur. D2D agentliyi müştərilərə effektiv reklam strategiyası inkişafı üçün məsləhət xidmətləri göstərir. Bu özündə qiymət siyasətini, metodik təbliğat və s. əks etdirir. D2D-nin texnoloji imkanları müştərilərin istənilən marketinq tapşırıqları üçün balanslaşdırılmış qərar verməyə və ünsiyyət proseslərini optimallaşdırmağa imkan verir.


I Spy nüfuzlu digital-agentlik hesab olunur, belə ki, agentlik turistik brendlərlə iş, həmçinin moda sənayesi üzrə ixtisaslaşıb. I Spy müştərilərə axtarış marketinqinin, sosial şəbəkələrdə reklamların köməkliyi ilə maksimal nəticələr əldə etməyə kömək edir. Agentliyin satqısından sonra iProspect şəbəkəsi tərkibində işləyəcək.


iProspect UK-nın icraçı direktoru Ben Bud I Spy-ın alqısını belə şərh edib: “Biz iProspect-də I Spy komandasını məmnuniyyətlə qarşılayırıq. Hazırki razılaşma Böyük Britaniya axtarış marketinqi və digital-kommunikasiya sahəsində bizim mövqemizi möhkəmləndirəcək.”


Aegis Media Americas&EMEA-nın icraçı direktoru Naydjel Morris D2D ilə razılığı belə şərh edib: “Məlumatlarla iş əsas istiqamətlərdən biridir, hansı ki, ətraf mühit konvergentində rəqabət üstünlüyünü təmin edir”.