Air agentliyi (BBDO Group qrupuna daxildir) yeni əldə edilmiş biznes haqqında məlumat yayıb – Qatar Airways aviaşirkəti ilə bağlanmış müqavilə.


Air agentliyi Qatar Airways-ın media xidmətində qalib gəldi və razılığa əsasən media planlama, satınalma və 2012-ci ildə Rusiya və Azərbaycanda bu kompaniyanın reklamlarının yerləşdirilməsinə cavabdeh olacaq.


Bu gün Qatar Airways-intensiv şəkildə inkişaf edən milli aviaşirkətdir. World’s Best Airline-nin yaydığı məlumata görə artıq iki ildir ki, ardıcıl olaraq (2011-2012) aviaşirkət birinci yeri tutur. Onun genişlənmiş marşrut şəbəkəsi hər il təxminən 30% artır.


Qatar Airways kompaniyasının tenderi partnyor axtarışı məqsədi ilə keçirmişdir, hansı ki, aviaşirkətin reyslərinin bilet satışının artımına yönələn media dəstək strategiyasını hazırlayır. Tenderə yalnız şəbəkə agentlikləri dəvət olunmuşdu, hansı ki, yalnız Rusiyada deyil, ondan kənarda da reklam yerləşdirmə imkanları olan agentliklər.


Air agentliyi planlamanın daha şəffaf strategiyasını təklif etdi və axtarış sahəsində Qatar Airways kompaniyasına daha yaxşı xidmət göstərməyə hazır idi.


“Biz Rusiya və Azərbaycanda aviadaşıma bazar seqmentini öyrəndik və Qatar Airways media xərcləri üçün daha münasib planlaşdırma hazırladıq. Bundan başqa, Rusiya və Azərbaycanda aviadaşıma yüksək rəqabətlidir. Ona görə də biz media-həll təklif etməli idik. Əsas məsələ budur ki, Qatar Airways aviaşirkətinin əsas sərnişinləri orta və yükək təbəqənin insanlarıdır”-deyə, Air kompaniyasının icraçı direktoru Vitaliy Qroznov bildirib.


Strategiyanın reallaşması avqust ayında başlayacaq.