COVID-19 pandemiyasının yayılması səbəbindən Walt Disney-in 2020-ci ilin yanvar-mart ayları periodunda 1,4 milyard dollar və ya xalis mənfəətinin 91%-ni itirib. Şirkətdən verilən məlumata görə, bu məbləğin 1 milyard dolları adiyyatı parklara getdiyini deyiblər.


Facemark.az xəbər verir ki, qeyd edilən dövrdə şirkətin xalis mənfəəti 475 milyon dollar olub.


Kompaniyanın gəlirləri isə 20% artaraq 18 milyard dollara çatıb. Bu isə şirkətin 2019-cu ildə 21st Century Fox-un əyləncə aktivlərinin satın alması ilə əlaqədardır. Gəlir ilə bağlı göstəricilər isə analitiklərin 2020-ci ilin birinci rübü ilə bağlı proqnozlarına yaxınlaşıb, analitiklər 17,9 milyard dollar proqnoz etmişdilər.


Bundan əlavə, kompaniya iyulda dividentləri ödəməkdən imtina edəcək bu isə ona 1,6 milyard dollar qənaət etməyə kömək olacaq. Walt Disney, həmçinin kapital xərclərini də 900 milyon dollar azaldacaq. Şirkətin zərərlərinin çoxu idman translyasiyalarının dayandırılması və Disney şəbəkələrində (ABC, ESPN və s.) reklamdan gələn gəlirlərin azalması ilə bağlıdır. Şirkətin kinobiznesi isə 8% azalaraq 466 milyon dollara çatıb. Bu isə hələ 2019-cu ildə şirkətin blokbasterlərin kassalarda rekord satışına rəğmən baş verib. Netflix-in rəqibi olan, 6 ay əvvəli bazara təqdim edilən Disney+ striminq xidmətinin 4 May-a olan nəticəsinə görə, abunəçi sayı 54,5 milyonu keçib. Qəribə olsa da, şirkət hələ başlanğıc 4 ildə 60 milyon abunəçi proqnoz edirdi. Striminq xidmətini özündə birləşdirən biznes sektorunda isə itki 812 milyon dollar olub, amma bu sahə şirkətə 4,1 milyard dollar gətirib. Ən pis göstəricilər isə park əyləncə sektorunda qeydə alınıb. Burada əməliyyat gəlirləri bir öncəki ilkdəki 1,51 milyard dollardan 639 milyon dollara düşüb. DünyadakI Disney parkları koronavirus pandemiyasından dolayı bağlı qalıb. Asiya ölkələrində isə yanvarın sonunda parklar bağlanmışdı.


Qeyd edək ki, daha əvvəlki xəbərimizdə yazmışdıq ki, Disney öz əməkdaşlarının yarısına ödəniş etməyi dayandırıb, bu isə 100 000 işçi deməkdir. Bu isə pandemiyaya görə böhranda şirkətə 500 milyon dollara qənaət etməyə səbəb olacaq.



Walt Disney haqqında daha öncə hazırladığımız fmr video-ya isə buradan baxa bilərsiniz.