Yazının əvvəlinə keçid üçün link:


http://facemark.az/site/news/10645/wall-streetdeki-en-tesirli-qadin-rut-porat-amerika-iqtisadiyyatini-nece-xilas-etdi-10645.html


Mən bu fikri çoxu kişilərdən ibarət olan iş yoldaşlarım ilə bölüşdüm. Mükəmməl karyeramın relsdən çıxacağından qoxurdum. Hamiləliyimi gizli tutaraq, dekretdən sonra məni nəyin gözlədiyini öyrənməyə çalışırdım. Amma heç kim mənim panikamı başa düşmədi və konkret fikir söyləmədi.



Rut Smith Barney-dəki şərtləri bəyənməməsinə baxmayaraq, üç il orada çalışdı. Sonra CEO Morgan Stanley'e getdi, ayrılma səbəbləri haqqında dürüst şəkildə danışdı. “Əgər işinizi dəyişdirmək qərarına gəlsəniz banka gedin”, - deyə Porat nəticələri paylaşır. “Baş verəcək ən pis şey sizi geri almayacaqlar. Ancaq sonralar cəhd etmədiyinizə görə də peşman olmayacaqsınız. Bundan başqa, mən həmişə “Dünya kiçik, həyat uzundur” fikrini özümdə həyat prinsipi etmişəm. Əgər siz peşəkar mütəxəssisinizsə, gec tez işəgötürənlər sizə ehtiyac hiss edəcəklər”.


Həyat heç də həmişə cömərt deyil


2001-ci ildə Ruta sinə xərçəngi diaqnozu qoyuldu. Rut deyir ki, bu təsəvvür edə biləcəyiniz ən qorxulu həyəcan zənglərindən biridir”. Siz suallar verməyə başlayırsınız, bu xəstəlik müalicə oluna biləri, kimyəviterapiya nə qədər qorxulu və effektivdir, xəstəlik haqqında yaxınlarım ilə necə danışa bilərəm, bütün bunlar mənim üçün necə bitəcək?. Bu suallara cavab verəcək bir insanın olması vacibdir. Şərt deyil ki, o həkimdir və ya daha əvvəllər bu xəstəliyi keçirmiş insanlardır... Başqa bir əsas şey özününlə qalmaqdır. Mənim üçün bu əvvəlki kimi işləməyə davam etmək idi.Morgan Stanleydəki müdirim mənim qarşımda iki seçim qoydu, ya kimyaterapiyadan sonra ofisə gələ bilərdim, ya da yox.


Dedi: “Özünüzü yaxşı hiss etsəniz, bizim üçün deyil, özünüz üçün işləyin. Biz sizin istənilən qərarınızı dəstəkləyirik”. O, deyirdi “Hələ də həyatımı nəzarətdə saxlaya bildiyimə görə, məmnunluq hissi keçirdim”.


İki il sonra Rut yenidən bu təcrübədən keçdi. Mən başa düşdüm ki, arzularımı təxirə salmamalıyam. Bir çox insan inanır ki, şəxsi dəyişikliklər yalnız növbəti karyera pilləsinə qalxdıqdan sonra mümkün ola bilər, ancaq təəssüf ki, həyat heç də bu qrafika əməl etmir.


2008-ci ildəki iqtisadi böhran zamanı ABŞ Maliyyə Nazirliyi Morgan Stanley-dən iqtisdiyyatda olan boşluqlaı aradan qaldırmaq üçün mütəxəssis qrupu istədi. Bank rəhbərliyi onun burdakı mövqeyinə toxunmaq istəmədi, amma Rutun təkidlərindən sonra o Maliyyə Nazirliyinə göndəriləcək qrupun lideri oldu.


“Bütün müzakirələr arasında təkcə bir şey mənə aydın idi. Risk edəcəyimiz və buna görə nə qədər ödəyəcəyimiz ilə bağlı bütün müzakirələrin arasında yalnız bircə düzgün qərar var. Əgər ölkə rəhbərliyi bizdən kömək istəyirsə, resurs və məlumatımız varsa, biz bunu ölkənin xidmətinə verməliyik. Bu vəzifə bu günə qədər etdiyim işlərin demək olar ki, ən əhəmiyyətlisi hesab edirdim. Mən gecə-gündüz işləyirdim, evə isə sadəcə duş qəbul etmək üçün tələsirdim”.


O, bankdanı işini tərk etdikdən sonra, Google-da işə düzəlir. O, həmişə deyir ki, mənim burada çalışmağımın səbəblərindən bir neçəsinə cins şalvar geyinə bilməyib, özü hərəkət edən avtomobil ilə işə gəlməyimdir: “Bundan başqa, burada çalışanların kafeyə toplanmaları, qeyri-rəsmi müzakirələr aparmağı və iş saatının bitməsindən sonra, evə tələsməmələri xoşuma gəlir. Bu mənə çox fenomenal gəlir”.