Heç düşünmüsünüzmü, brendlərin adları necə yaranıb, bu adı niyə seçiblər?
Bəzi tanınmış brend adlarının necə yarandığı haqda qısa tarixçələrini sizinlə bölüşürük.
Volkswagen – Alman dilindən tərcümədə Volkswagen xalqın maşını deməkdir. Bir zamanlar maşınlar ancaq varlılar üçün rezerv olunurdu və Alman yollarında ancaq bahalı maşınları görmək mümkün idi. Buna görə də Volkswagen bir inqilab idi.
ZARA – Zaranın qurucusu Amanico Ortega şirkəti ilk əvvəl 1964-cü il istehsalı "Zorba the Greek" adlı filmin şərəfinə adlandırıb. Lakin bu çox da uzun çəkməyib. New York Times-ın məlumatına görə, 1975-ci ildə La Coruñada açılan ilk mağaza təsadüfən eyni adlı Zorba barı ilə yanaşı fəaliyyət göstərməli olub. İki eyni adlı müəssisənin yanaşı fəaliyyətinin qarışıq göründüyünü düşünərək Orega hərflərin düzülüşünü dəyişərək mağazanın adını Zara qoyur.
Nike – bu ad qədim Yunan qələbə ilahəsinin adından götürülmüşdür.
ASOS – bu ad AsSeenOnScreen sözlərinin abreviaturasıdır, yəni ekranda göründüyü kimi mənasına gəlir. Əvvlər onlayn satış səhifəsi üçün uzun versiya istifadə olunsa da ASOS qısaltmasının daha effektiv olduğunu düşünüb, bu ad altında fəaliyyətlərinə davam etdilər.
Pandora – Bu şirkət də Nike kimi Yunanlardan ilhamlanıb. İnternet radio provayderi, adına Apollondan musiqi hədiyyəsi alan mifoloji xarakter Pandora adını verib.
Pantene – Bu İsveçrə şampun brendi formulasına provitamin b5- panthenol daxil olan ilk şampunlardan biri idi. Bu vitamin alimlər tərəfindən İkinci Dünya Mühabirəsindən sonra kəşf edilmişdir.
Amazon – CEO Jeff Bezos A hərfi ilə başlayan bir ad istəyirdi. O, dünyadakı ən böyük çayın adını - Amazon adını seçir, çünki şirkətinin də dünyada ən böyük olmasını istəyirdi.
Sony – Sonus Latın dilində səs deməkdir. Sony şirkətinin qurucuları da özləri haqqında sonny (Yapon termini) yəni - ağıllı, gənc oğlanlar kimi düşünürdülər.
Vodafone – Voice (səs), Data (məlumat), Telephone (telefon) sözlərinin birləşməsindən yaranıb.
HP (Hewlett Packard) – Qurucularının adlarındakı baş hərflərin birləşməsindən yaranıb. William Hewlett və David Packard kimin adının birinci gələcəyini müəyyən etmək üçün püşk atmışdılar.
Adidas – Bilinənin əksinə, bu ad heç də “All day long I dream about sports” sözlərinin baş hərflərinin birləşməsindən yaranmayıb. Brend adını öz qurucusunun adından götürüb. Adolf Dassler-in ləqəbi Adi idi və beləliklə Adi Dassler ADİDAS olur.
Microsoft – Microcomputer və Software sözlərinin birləşməsindən yaranıb.
LEGO – LEGO, Danimarkada "yaxşı oynamaq" mənasını verən leg godt sözünün qısaldılmasından əldə edilmişdir.
Müəllif: Leyla Kərimova