“Fake News” (Saxta Xəbərlər) fərqli insanlar üçün fərqli mənalara gələn anlayışdır. Əsas olaraq saxta xəbərləri – yalan xəbərlər kimi də tərif vermək olar. Belə ki, belə xəbərlər çox vaxt uydurma olur, faktlara söykənmir və mənbəsi olmur, şəxslər tərəfindən təsdiqi yoxdur.
Bəzən isə belə uydurma hekayələr oxucunu bilərəkdən çaşdırmaq məqsədi daşıyır. Və belə məlumatı yayan şəxs, iqtisadi faydanın (klikbeytin) dərdində olur. Belə ki, hər klikbeyt nəticəsində məlumatı yayan şəxs qazanc əldə edir. Son illərdə isə belə “Fake News”-lar sosial media vasitəsilə daha da çoxaldı. Buna səbəb isə sosial medianın köməyi ilə belə məlumatların asanlıqla və daha tez yayılmasından dolayıdır.
Yanlış məlumatlandırma və dezinformasiya (saxta xəbərin - “Fake News”-un növləri)
“Fake News”-un əhatə dairəsi adi saxta xəbər hekayələrindən daha böyükdür. Bəzi hekayələr həqiqət payına sahib olsa da, lakin belə hekayələr hər-hansı kontekstləşdirici detaldan məhrumdur. Belə hekayələr özündə, nə faktı, nə də, mənbəni əks etdirə bilir. Bəzi hekayələr təsdiq olunan bilən faktlara dayana bilər, lakin bilərəkdən detallar təhrif olunur və yalnız bir baxış bucağı təklif edən dildən istifadə edir. “Fake News”- yanlış məlumatlandırma və dezinformasiya ekosistemində də var. Yanlış məlumatlandırma, səhvən və bilməyərəkdən yaranan və yayılan məlumatlardır, niyyəti insanları aldatmaq deyil. Dezinformasiya isə bilərəkdən yaradılan və həqiqəti bilərəkdən gizlədən və ictimai fikirdə çaşqınlıq yaradan məlumatlardır.
Aşağıdakı şəkildə yanlış məlumatlandırma və dezinformasiyanın 7 növünü görə bilərik.
Belə məlumatlar haradan gəlir?
Yanlış məlumatlandırma və dezinformasiya necə yaranır və onların müəllifləri kimlərdir, hansı səbəblərdən belə məlumatlar yayılır?
Müəllifləri kimlərdir? Onlar ola bilərlər:
1. Məqalənin kontentindən müstəqil olaraq pul qazanmaq istəyən şəxslər.
2. Sizi, ya sizi əyləndirmək istəyən, ya da bir baxış bucağı yaratmaq istəyən satiristlər. Yaxud bu səbəblərin hər ikisini düşünənlər.
3. Zəif və təhsil və bacarıqları olmayan jurnalistlər – 24 saat xəbər axınının yenilənməsi ilə bağlı jurnalistlərə təzyiq, digər saytların xəbərlərinin başqalarının içində parlaması peşəkar jurnalistika standartlarına və etikasına uyğun olmayan xəbərlərin yazılmasına təşviq edə bilər.
4. Siyasi inanclara və siyasətçilərə təsir göstərmək istəyən partizanlar
5. Müharibə aparan tərəflərdən birinin belə məlumatlar yayması (Ermənistan nümunəsində)
Texnologiyanın kopyalamaq, yapışdırmaq, klikləmək, onlaynda paylaşmaq kimi rahatlığı belə xəbərlərin çoxalmasına kömək olur. Bəzi hallarda isə belə xəbərlər cəmiyyətdə emosional reaksiya doğurmaq üçün hazırlanır və oxucuları paylaşmağa vadar etmək üçün bəzi saytlarda da yerləşdirilir.
Digər bir tərəfdən isə saxta xəbər məqalələri botlar tərəfindən yaradıla və yayıla bilər. Belə botlar məlumat paylaşan insanlar kimi görünən kompüter aqoritmləri ilə hazırlanıb. Ancaq onlar belə saxta xəbərlərin daha tez və avtomotik daha çox insan arasında yayılmasına səbəb ola bilər.
Məlumdur ki, son dövrlər Ermənistan tərəfi də belə dezinformasiyadan istifadə edir və belə xəbərlər virtual məkanda sürətlə yayılır. Yuxarıda da qeyd etdiyimiz kimi, belə məlumatların daha çox insana çatması üçün isə informasiya saytlarında yerləşdirir. Məni ən çox güldürən isə Azərbaycanlı əsgərinin qələbə xəbərini paylaşan aparıcımızı da Ermənistan tərəfinin özlərinin spikeri kimi təqdim etmələri olmuşdu.
Çalışın, “Fake News”dan uzaq olun. Cəbhə bölgəsində baş verən hadisələr ilə bağlı isə yalnız rəsmi mənbələrə etibar edin. Aldığınız hər məlumatı emosiyalara qapılıb, paylaşım etməyin, soyuqqanlı düşünün, bir qədər araşdırın, yalnız dəqiqliyinə əmin olduqdan sonra paylaşım edin. Hələlik “Fake News” haqqında bu qədər!
Özünüzdən və yaxınlarınızdan müğayat olun!
facemark.az baş redaktor, Ülviyyə Əlizadə