Xəyalınızdakı iş üçün müraciət etdiniz. Əla! Amma indi qarşınızda keçməli olduğunuz müsahibə var. Bütün müsahibə çərçivəsində sizə ünvanlanacağını düşündüyünüz bütün suallara çalışmısınız və şirkəti olduqca araşdırmış hiss edirsiniz. Ancaq bilirsiniz ki, heç bir şey sizi müsahibədə qarşılaşacağınız ssenarilərdən tamamilə sığortalaya bilməz. Bu halda görüş əsnasında ürək bulantısı, nəmli əllər, titrəyən bir səs və hüzursuzluq da yaşamağınız normaldır... Bəs, müsahibə aparan şəxsin hansı sualları nəbzinizi ən yüksək səviyyəyə çıxarır?



Reboot araşdırma çərçivəsində müsahibədə anlıq ürək ritimlərini ölçüb. Ortaya isə özünüzdən də bir parça tapa biləcəyiniz nəticələr çıxıb…


Nəticələrə görə, ortalama ürək ritmini 93% artıraraq, müsahibənin ən istənməyən sualı “İndi sürətli bir test edəcəyik” oldu. Müsahibədə olan şəxslərin bu sual qarşısında nəbzi 154-ə çatır. İkinci isə nəbzi ən çox yüksəldən müsahibənin “qızıl suallarıdır”. “Maaş gözləntisi” sualı verildikdə, müsahibədə olan şəxslərin ortalama nəbzinin 66% artaraq 133-ə çatdığını deyilib. Araşdırmaya görə, müsahibədə olanlar isə ən çox özləri haqqında danışan zaman və karyera planlaması ilə bağlı gələcək hədəflərindən bəhs edən zaman rahat olurlar.



Bəs iş müsahibələrində xoşlanmadığınız nələrdir?


Reboot Digital, araşdırma çərçivəsində müsahiblərə ən hoşlanmadığınız nədir? sualı da verilib. Bu cavab təəccüblü olmasa da, sorğu iştirakçılarının ən xoşlamadığı 17% pay ilə çox sayda namizədin olması olub. İştirakçılar, eyni zamanda tanımadığı insanlar ilə dolu bir ofisdə gözləməkdən də olduqca narahat olduqlarını deyiblər (14%).


Stressi idarə edə bilməyənlərin ən böyük qorxusu “kəkələmək”, nə deyəcəyini bilməməkdir. Namizədlərin böyük bir qismi vücudunun stress anında nəzarət edə bilmədiyi reaksiyalarından da olduqca şikayətçi olduğu deyilib.