Çoxları dollar məzənnəsində dəyişikliyin olmasından qorxur. Amma çox az adam bilir ki, effektsiz düşüncə və köhnəlmiş inanclar biznes üçün çox təhlükəlidir. Milyonlarla dollar investisiya cəlb edən, daim işçilərin keyfiyyətini artıran, uğurlu komanda quran sahibkar bir oyunçu kimi düşündüyü üçün çox zaman durğunlaşmağa davam edir.
Psixoloq, biznes konsultant Eqor Antipovun biznesi öldürən beş inanc haqqında fikirlərini paylaşırıq. Top menecerlərin əlində sağlam maliyyə axını, özünü sübut edən komanda və gələcək vəd edən müqavilələr var. Ancaq bu bəs etmir. Eqor fikirləşir ki, ayaqlarının üzərində dayanan bir peşəkar belə çox zaman özünün motivasiyasını itirə bilər. Əgər bir şəxsin planları onun dəyərləri ilə üst-üstə düşmürsə, çaşqınlıq yaşaması çox normal haldır.
1. Pul
Şirkətiniz yeni bir layihə həyata keçirmək istəyir, yaxud yeni bir əməkdaşlığa hazırlaşır. Sizi ən çox düşündürən nədir – yüksək əmək haqqı, yoxsa özünüreallaşdırmaq? İşçi düşüncəsinə sahib olan bir insan üçün əlbəttə ki, birinci PULDUR. Ancaq top menecer qlobal hədəflərini nəzərə alaraq yeni razılaşmaları qəbul edəcək. Bu o demək deyil ki, maliyyə menecerlər üçün heç bir əhəmiyyət kəsb etmir. Ancaq onlar unutmurlar ki, pul bir vasitədir, ancaq onun karyera yolunun leytmotivi deyil.
Öz təcrübəmdən belə bir nümunə gətirmək istəyirəm. Tələbələrimdən biri rəqs studiyası qurmaq istəyirdi. O, biznes plan hazırladı, hesablar apardı. Ancaq səhv etmək və maliyyə itkisi qorxularından dolayı cəsarət etmədi. Onun məsələyə baxış bucağını dəyişdirdik, nəticədə o, rəqs studiyasını açdı. İtirəcəyi pullardan da daha çox pul qazandı.
2. İdeya
Bir icraçı üçün ideyalar, menecerlər tərəfindən yaradılan vəzifələrin icra edilməsi ilə formalaşır. Xarici təsirlərə bağlı olaraq qərarlar verir. İş yerində oyunçunun zehninə sahib olan bir şəxs mexaniki hərəkət edir. İnvestor isə işçidən fərqli düşünür. Hər addımı hədəfə gedən yolda bir mərhələdir. Həyatını onu həyəcanlandıran şeyə həsr edib. Bu vektoru dəyişmək istəyirsinizsə, həyat strategiyasının əsas xətlərini müəyyən edin. Bundan sonra plan yaratmağa çalışın.
3. Komanda
İcraçı ilə meneceri asanlıqla ayırmağa kömək edən başqa bir nüans isə məsuliyyəti öz üzərinə götürmək istəməsidir. Birincisi yalnız, ona lazım olan işlərin icrasından cavabdehdir. Belə bir şəxs üçün komanda xaotik hərəkət edən dağınıq insanlardan ibarətdir. İşinizdə yeni bir mərhələyə yüksəlmək istəyirsinizdə, daha çox məsuliyyət götürün. Yalnız digər işçilərin effektivliyini deyil, onların motivasiyasını da izləyin. İnsanları bir araya gətirin, potensiallarını ümumi bir işi yerinə yetirmək üçün cəlb edin. Əgər bir şəxsi maaş və ofisin evinə yaxınlığı maraqlandırırsa, o ümumiyyətlə, sizinlə eyni düşüncədə deyil. Hər bir komanda üzvü sizinlə səsləşən dəyərlərə sahib olmalıdır. Öz nümunənizdə işçilərinizə sübut edin ki, pul qazanmaq haqqında düşünsəniz də, şirkətin missiyasını unutmursunuz.
4. Məsuliyyət
İcraçı müqavilədə qeyd edilməyən yeni layihələrin qəbulundan qorxur. Tanıdığı bir yerdə işləyir və gün sonunun bitməsini səbrsizliklə gözləyir. Bir menecer isə fərqli düşünür, onun fikrincə, yaxşı koordinasiya edilmiş ortaq səylər nəticə verir. Menecer yalnız maliyyəni düşünən insanları deyil, şirkətin missiyasına fokuslanan və oxşar düşünən insanları işə alır. Şirkət ilə çalışanlar arasında duyğusal bağları gücləndirsəniz, onlar böhran zamanlarda belə daha effektiv çalışacaqlar. Yalnız insanların missiyasına olan inamı sizi fars-major hallardan xilas edə bilər.
5. Dəyərlər
İş mühitində icraçı özünü həmişə emosional olaraq ayrı hiss edir. Özünü komandanın bir üzvü hesab etmir, ümumi işə əhəmiyyət vemir, bu isə nəticəyə qaçılmaz təsir edir. Dəyərlərinizi dərk edin və onun haqqında açıq şəkildə danışın. Bu, istənilən sahədə uğurlu olmağın yollarından biridir.