HR Option şirkəti müəssisələrdə İnsan Resursları (İR) əməliyyatlarının Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinin tələblərinə nə dərəcədə uyğun aparılmasını yoxlamaq məqsədilə audit müsabiqəsi elan edir. Şirkətlər müvafiq formu (form.hroption.com) doldurmaqla müsabiqəyə qatıla bilərlər. Müsabiqə çərçivəsində qeydiyyatdan keçmiş şirkətlərdən biri təsadüfi seçim əsasında seçiləcək və ona audit xidməti tam ödənişsiz həyata keçiriləcəkdir. Qeydiyyatdan keçmiş digər 10 şirkət isə 20% endirimlə xidmətlərdən istifadə edə biləcək.


Qeyd edək ki, audit xidməti çərçivəsində əməkdaşların şəxsi işləri və müəssisənin kadr sənədləri nəzərdən keçirilir. Müəssisəyə işə qəbul və işdən azad edilmə, işçilərlə əmək münasibətlərinin tənzimlənməsi üzrə aparılan sənədləşmə 61 kriteriya üzrə dəyərləndirilir, əməliyyatların yerli qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılır və boşluqlar üzə çıxarılır. Auditin sonunda nəticələrə dair hesabat və çatışmazlıqların aradan qaldırılması üçün tövsiyələr hazırlanaraq şirkətə təqdim edilir. Auditin bizneslər üçün ən böyük faydası kənardan peşəkar baxış keçirməklə mövcud əskikliklərin vaxtında aşkar edilməsi və aradan qaldırılması, beləliklə də, inzibati xətalara görə şirkəti gözləyən cərimələrin minimallaşdırılmasıdır.


Müsabiqədə iştirak etmək istəyən şirkətlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: form.hroption.com


Qeyd edək ki, HR Option şirkəti müəssisələrdə idarəetmə strukturunun optimallaşdırılması, səmərəlilik və effektivliyin artırılmasını istiqamətində fəaliyyət göstərir.