''Dostluq Gününün'' qeyd edilməsinin şərəfinə, Ogilvy & Mather agentliyi vasitəsi ilə Huggies iki körpəyə həyatın ilk günlərindən dostlaşmağa yardım etdi.
Hər kəsin həyatında ilk dost mühüm insan hesab olunur. Bunu anlayaraq, uşaq əskilərinin markası qeyri-adi bir aksiya həyata keçirdi.
Arqentinanın Bazterrica doğum evində aksiyanın təşkilatçıları (Maksimiliano Maddalenu və Havyer Mentasti) körpələrini bir ''boksa'' yerləşdirdiblər. Bu isə körpələrin həyatlarında ''Dostluq Gününü'' ilk dostuyla keçirə bilmələrini təmin etmək məqsədilə edilmişdir.
Yeni dünyaya gəlmişləri valideynlərin, tibb bacılarının ilkin razılığından sonra "dostlaşdırdılar". Dünyaya göz açmalarından başlayaraq körpələrin ilk görüşünün bütün prosesi video lentə çəkilmişdi və daha sonra həmin videodan Ogilvy & Mather yaradıcıları emosional reklam çarxı quraşdırmışdılar.
Bütün parametrlər üzrə reklam SA-da effektiv təsir göstərmişdir, bu da müsbət reaksiyaların daha çox sayda izlənməsiylə nəticələnərək yerli KİV-in diqqətini cəlb etmişdir.