DAVAMI BURADA


Qısa videolar və Stories


TikTok-un populyarlığının artması və 2020-ci ilin avqustunda Instagram Reels-in yaranması onu göstərdi ki, qısa video çarxlar ən popular tendensiyalardan biri olacaq.


Respondentlərin 40%-i deyib ki, onlar həftədə 1 saatdan çox sosial şəbəkələrdə videolara baxırlar. 2021-ci illə bağlı proqnozda isə bildirilir ki, istifadəçilər gündə 100 dəqiqədən çox video izləyəcəklər.


Ona görə də fərqli sosial şəbəkələrdə videoların öz format və vaxtları vardır, hər bir platforma üzərindən optimizasiya reallaşdırmaq olar. Məsələn, Facebook alqoritmi 3 dəqiqədən çox olan videoları dəyərləndirir. Ancaq belə videonu daha kiçik tutmaqla, Instagram Reels, Facebook və Instagram Stories, hətta TikTok-a belə yükləmək olar.


Live-striminq


Live-striminq və vebinar populyarlıq qazanmağa davam edəcək. Bu alətlər auditoriyanı özünə cəlb edir: İnsanlar bir video zəng vasitəsilə şəxsi ünsiyyət formalarına yaxındır. Striminq video niş influencerləri cəlb etmək və potensial yaratmaq üçün ən effektiv alətlərdən birinə çevrildi.


Dəyərlərə fokuslanmaq


Kontentin dəyərinə, onun şəxsin fərdi və professional yaşayışı üçün faydalılığına və kontentin sosial əhəmiyyətinə fokuslanın. Ötən illərin bu trendi daha yeniləri ilə qalmaqda davam edəcək.


Bir çox marka pandemiyadan öncə kontentin əhəmiyyətinin fərqinə vardı və özlərinin keyslərini yaratdı. Məsələn, TigerFitness loyal istifadəçi qrupu yaratdı və orada fitness kontent paylaşıldı və onun orqanik olaraq böyüməsi beş ildə belə oldu:


  • 308,764 abunəçi YouTube;
  • 90,057 abunəçi Facebook;
  • 58,600 – Instagram;
  • 11,600 – Twitter.

Süni intellektin inkişafı


McKinsey-nin məlumatına görə, respondentlərin 20%-i süni intellektə investisiya edir. Süni intellekt və maşın öyrənmə texnologiyası yaxın gələcəkdə digital inkişafda vacib rol oynayacaq. Hazırda kontent yaratmağa kömək edən bir sıra SaaS aləti mövcuddur. Onların çoxu süni intellektdə istifadə edilir.


Süni intellektə bir nümunə kimi Renda Fişkina (Ex Moz) məxsus SparkToro alətidir. Onun vasitəsilə istifadəçilərin ziyarət etdikləri saytları, oxuduqları, baxdıqları, qulaq asdıqları hər şeyi öyrənmək olur.


“Content is King” ifadəsi hələ də aktualdır. İstifadəçilər yenə də keyfiyyətli kontent axtarışındadırlar. Pandemiya və texnologiyanın sürətli inkişafı onun istiqamətini dəyişsə də, kontent marketinq brendin inkişafı üçün əvvəlki tək effektiv üsul qalmağa davam edir.


Mobil əlavələrin gücü


Bu gün dünyada 5,11 milyarddan çox unikal mobil istifadəçilər mövcuddur. Eyni zamanda, onlayn alış-veriş edənlərin 51%-i smartfon üzərindən alış edir. Mobil əsaslı bir sayt yaratmaq artıq kifayət etmir. Mobil əlavələr və oyun içi reklamlar ən güclü alətlərdən birinə çevrilib.