Fransız markası olan Peugeot yeni loqotipini təqdim edib. Fevralın 25-dən başlayaraq şirkət yeni emblemini markalarında istifadə edəcək.
Facemark.az xəbər verir ki, bu haqda şirkətin press-relizində bildirilib.
Kompaniya, eyni zamanda firma stilində də dəyişikliyə gedib. Bu yenilik isə diler mərkəzlərində, aksessuar və kommunikasiya materiallarında istifadə ediləcək.
Yeni emblemi olan ilk avtomobil isə Peugeot 308 hetçbek olacaq, modelin premyerası isə 18 marta planlaşdırılıb.
Qeyd edək ki, daha öncə loqotiplərində General Motors, KIA, Nissan, Volkswagen, BMW, Opel kimi markalar dəyişikliyə getdilər.
Yuxarıda qeyd edilən avtomobillərin loqotipləri isə ikiölçülü və daha da sadələşdirilmiş oldular, eləcə də dünya trendlərinə cavab verirdilər.
https://youtu.be/FVKyr5u66cw