Cümə axşamı Twitter şəbəkəsi mikrobloqda bildirmişdir ki, reklamçılar üçün şəbəkənin istifadəçiləri barəsində reklamının daha məqsədli şəkildə hədəfləməsinin yeni imkanını tətbiq edir.


Artıq reklam mesajlarını tuşlamaq istifadəçilərin maraqları üçün mümkündür və bu da reklamçılara xidmət istifadəçilərinin ''reklamoataka ''- sında yeni bir cəbhə açmağa imkan yaradacaq.


Twitter mesajlarında bildirilir ki, yeni xüsusiyyət reklamçılara istifadəçilərin maraqları əsasında reklamları təşviq etmək imkan yaradır. Məsələn, istifadəçi dəhşətli filmlərinin pərəstişkarı və ya itlərin həvəskarı ola bilər və bundan asılı olaraq ünvanlı reklamları əldə edə bilər. Twitter-də yeni sistem bir çox amil əsasında istifadəçilərin maraqlarını müəyyən edir, məsələn istifadəçinin daha çox kimin bloqlarını izləyidiyini, əsasən nə şərhlər bildirdiyini, bu və ya digər mövzu haqqında necə tez-tez yazdığı bildirilir.


Hal-hazırda reklam hədəfləməsi müəyyən qədər Twitter-də sistemin fərziyyə sistemlərinə əsaslanır. Şirkət reklam nümayişləri üçün istifadəçiyə bu və ya digər korporativ mikrobloqu izləmək və ya sadəcə kompyuterdə bu və ya digər şirkətlərin mesajlarına baxmaq imkanı yaradır.


Hələlik bəzi reklamçılar belə reklamın səmərəliliyinin qiymətləndirilməsinin çətin olduğunu bildirsələrdə, onlar reklamın məqsədli auditoriyaya çataçağını anlamaq niyyətindədilər.


Twitter-də öz növbəsində bildirilir ki, sistem hərəkətinin diapazonunu daraltmağa və reklamçılara kontrol üçün alətləri təmin etməyə çalışırlar. Twitter-in reklam məhsulları üzrə direktoru Kevin Ueyl bildirdi ki, maraqlar üzrə hədəfləmə sisteminin ehtiyacı uzun müddətdir ki davam edir, çünki məhz o reklamçılara doğru hədəf kütləsinə çatmağa imkan yaradır. Digər bir məsələ isə, belə sistemin real maraqları nəzərə alaraq nə qədər effektiv olmasıdır.