İşə görə Carlton Draught qədəhini geri qoymaq olar əgər onun artıq götürmüsənsə? İş-işdir, amma pivə hər şeydən daha da vacibdir!
Belə göndərmə avstraliya pivə markasının yeni yumoristik reklam çarxında parlaq nümayiş etdirilir. Videonun süjeti sadədir: 4 uşaq bankı qarət edirlər və bu uğurlarını qeyd etmək məqsədilə bir-iki pivə qədəhini içmək üçün yaxınlıqdaki bara daxil olurlar. Lakin onlar Carlton Draught qurtumu içməyə hazırlaşarkən barın ətrafı polislər tərəfindən əhatəyə alınır. Bu vəziyyətdə nə etmək olar?- Qaçmaq! Mümkün qədər tez və daha cəld, əli dolu pivə qədəhiylə qaçmaq lazımdır!
Polislərin fikirləri praktik olaraq eyni olaraq qalır. Lakin əsas məqsəd qaçmaq deyildi, əsas məqsəd onların arxalarıyca düşmək idi, əllərindən qədəhi buraxmadan cinayətkarları dayandırmaq idi. Elə bu çətinliklərlə də təqib başlandı.
Bütün çətinliklərə baxmayaraq, baş qəhrəmanlar asayişin müdafiəçilərindən gizlənməyə və bundan başqa onlar təsadüfən gənc gözəllərlə dolu bir yaxtaya düşməyə müvəffəq olurlar. Stereotipdir?- Bəli, lakin çox məşhurdur. Bu çarx 2 gün ərzində Youtube istifadəçilərdən 400 min baxış və bir çox müsbət şərh toplamışdır.