Buzzaar sarafan marketinq agentliyi ''Pampers Premium Care'' uşaq bezləri üçün keçən il Moskvada və Sankt-Peterburqda sentyabr ayında başlayan ''Word of Mouth'' kampaniyasına yekun vurdu.


Kampaniyanın əsas məqsədi aksiya iştirakçılarına məhsulun uyğunluğundan ATL-reklamda bildirilmiş xüsusiyyətlərə şəxsən təmin etmək imkanını verən markanın məqsədli auditoriyasının arasında uşaq bezlərindən istifadəsinin şəxsi təcrübələri haqqında müsbət danışıqlar aparmaq idi. Kampaniyanın son məqsədi gənc anaların loyal auditoriyasının yaradılmasıdır.


Agentliyin bazasından bir çox seçilmiş gənc aktiv analara buzz kit yolladılar (məhsul bağlamaları və emosional tərkib). Oraya 2 paket uşaq bezləri, körpənin dərisinin qulluğu üçün nəm salfetlər, inkişaf etdirən oyuncaqlar, "Babyonboard" avtomobilinin şüşəsi üçün markalı stikerlər, ictimai cəhətdən gənc aktiv analar üçün ixtisaslaşdırılmış jurnal və sınaq dəsti üçün nəzərdə tutulmuş ''Conversation Starter'' kimi elementlər də daxildir. Gənc analar Pampers Premium Care və adi uşaq bezlərini müqayisə ediblər. Məhz bu keçirilmiş təcrübə haqqında xəbər hər kəs tərəfindən danışılmağa başlanıldı və analar reklamlarda göstərildiyi kimi, analar bu inandırıcı sınaqdan öz gözləriylə keçdilər və həqiqətəndə gördülər ki, pampers nəmişliyi və nəcisi tez və keyfiyyətlə özünə çəkərək saxladığı üçün körpələr Pampers Premium Care-də rahat "nəfəs alırlar". İştirakçılar keçirilmiş sınaq haqqında gənc analar üçün saytlarda foto şəkil hesabatı çıxararaq, məhsulla bağlı dürüst fikiriylə bölüşmək təklifi edildi.


Bununla yanaşı, gənc analar üçün hədiyyə dəstləri təqdim olunub (informasiya vərəqi, pampers bezlərinin və markalı stadiometlərin nümunələri daxildir)


Aksiya nəticəsində 60% agentin (39% agentin fikirləri dəyişməyərək, əvvəlki kimi müsbət olaraq qaldı) məhsul haqqında fikirləri müsbət formalaşdı, 95% agentin və 88% agentlərin dostları gələcəkdə bu bez markasını əldə etmək niyyətində olduqlarını bildirdilər. Hesabatlar doldurularkən iştirakçıların əksəriyyətinin məhsula münasibəti son dərəcə emosional təsvir edilirdi, demo-test nəticələri haqqında coşqunluqla cavab verirlirdi və bu da markayla müsbət emosional əlaqənin yaradılmasının uğurlu təcrübəsindən irəli gəldiyini göstərir.


Kampaniyanın nəticələri:


  • Buzzaar agentləriylə danışıq zamanı məhsulun 36 000 tövsiyəsi olmuşdur
  • 144 000-dən çox insan ünsiyyət (dostlar və agentin tanışları) zamanı məhsul haqqında danışıqlara cəlb edilmişdi.
  • Sosial şəbəkələrdə və tematik bloqlarda 250 mindən çox online şərh (keçirilmiş sınaq haqqında agentlərin və onların dostlarının foto şəkil hesabatları və s.)
  • Sosial şəbəkələrdə və forumlarda agentlərin hesabatlarına 2,5 milyon baxış sayı
  • Aksiyadan sonra məhsula etibarlılıq dərəcəsi +60%-dən çox artmışdır
  • Aksiyadan sonra Purchase Intent (məhsulu əldə etmək arzusu)
  • +91,5% müşahidə olunmuşdur
  • ROI = 3,49