çərşənbə, 20 oktyabr 2021

"IATA Travel Pass" Azərbaycanda da tətbiq oluna bilər

420

Gələn ay "Azərbaycan Hava Yolları" QSC (AZAL) Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) “IATA Travel Pass” adlı mobil səyahət tətbiqini iki istiqamət üzrə sınaqdan keçirəcək.

Facemark "Report"a istinadən bildirir ki, smartfona yüklənən “IATA Travel Pass” sahibinin səhhətinə dair, o cümlədən koronavirusa qarşı peyvənd olunması və test keçməsi barədə məlumatları özündə cəmləşdirir. Bu tətbiqi yükləyənlər təyyarəyə minməzdən öncə müvafiq yoxlamalara daha az vaxt sərf edirlər.

Tətbiq ilk olaraq Bakı – İstanbul – Bakı, Bakı – Moskva – Bakı reyslərində sınaqdan keçiriləcək. Həmçinin sınaq dövründə sözügedən tətbiqi yükləyən “AZAL Miles” bonus proqramının iştirakçılarına əlavə mil hesablanacaq.

AZAL ilə IATA arasında “IATA Travel Pass” tətbiqinin işlənməsinə dair danışıqlar may ayında aparılıb.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik