Məhsulun irəliləyişinin yeni metodlarının daim ortaya çıxmasına baxmayaraq, radioda reklam indiyə qədər irəliləyişin ən effektiv alətlərindən biri olaraq qalır. Rabitənin bu növünü media məcmusundan ayıran bir neçə üstünlüklərə malikdir. İlk növbədə hər cür istifadəolunan fəaliyyət növləri mövcuddur. Ancaq bu alətin düzgün və effektiv tətbiqi üçün daha sonra baxılacaq bir sıra nüansları nəzərə almaq lazımdır.
Fərqləndirmə və ya diqqəti cəlb etməyin üsulları.
Reklamların böyük əksəriyyəti təəssüf ki, kifayət qədər eyni tiplidir. Əlbəttə, bu fakta yalnız radioya deyil, bütün marketinq alətlərində rast gəlmək mümkündür. Bu reklamçı nöqteyi-nəzərindən məhsulu birbaşa düzəltməkdənsə, həmişə hazır və ucuz həllin arxasiyca düşmək daha məntiqlidirhesab olunur. Klasik radio reklamlarıında məhsul haqqında məhsulun istifadəsinin köməyi ilə problemlərin həlləri müzakizə olunacaq və dialoqlar baş tutacaq. Radio reklamlarda xoş musiqi altında məşhur səslər, uyğun musiqi kompozisiyalarının yaradılması həmişə baş tutacaq. Bəzi reklam melodiyaları istehlakçının yaddaşında tez qalır və uzun müddət fırlanır. Müvəffəqiyyətə nail olmaq üçün yazının və melodiya seçiminin keyfiyyətinə və reklamın efirə çıxmaq müddətinin tezliyinə xüsusi diqqət yetirmək lazımdır. İstehlakçıya psixoloji təsir etmə baxımından isə bu düzgün hesab olunur, belə ki, xoş melodiyalar və musiqilər müsbət assosiyalar yaradır. Ritmlərin dəyişilməsi canlı danışığı təqlid edir və çox monoton səslənməyə imkan yaratmır. Lakin bunun əks tərəfləridə mövcuddur və verilən informasiyanın əsas fəaliyyəti fon kimi çox tez qəbul edilir.
№1. Xüsusi səslərdən istifadə reflektorlu səviyyədə diqqət cəlb edir. Burada əsas seçilmiş səs diqqəti cəlb etməlidir. Məsələn, pəncərənin arxasından eşidilən bir səs və ya fit məşhur səslərdən ola bilər, lakin onları əhatə edən səs-küy kimi qəbul edilə və diqqəti cəlb etməyə bilər. Amma mesaj gəlişi özünə diqqəti reflektorlu yönəldir.
№2. Səslərdən istifadə seçilmiş məqsədli auditoriya üçün əhəmiyyətlidir. Bu yanaşma kiçik bir qrup istehlakçıların diqqətini cəlb edir. Daha da sadə desək istehlakçı marağını daha tez aşkar etmək mümkündür. Məsələn qeyd etmək olar ki, müştəri "evə yaxın" böyük supermarketlərlə müqayisədə, kiçik mağazada alış-verişə olduqca az vaxt sərf edir. Bəzi kafelər üçün isə qeyd etmək olar ki, müştərilər buraya darıxdırıcı həyatlarından biraz fasilə etmək məqsədilə baş çəkirlər. Burada əsas məqam müxtəsərlikdir, çünki istehlakçı uzun ətraflı fikirlərə qulaq asmayacaq, bu fon kimi qəbul ediləcək və ya insan sadəcə radiostansiyanı dəyişməli olacaq.. Əgər mesaj qısa olsa, ideya avtomatik olaraq daha tez çatacaq.
№3. Terminlərdən istifadə, yalnız mütəxəssislərin dairəsi üçün anlaşılır. Diqqəti cəlb etmək üçün 10-15 saniyədə qeyd ediləcək qısa frazalara və ya bir neçə sözə diqqəti yönəltmək lazımdır.
Dəqiqlik və ya vaxtı necə seçmək düzgündür?
İndi radio digər məşğuliyyətlər üçün fon kimi daha tez qəbul edilir. Radio verilişlərin sayı, başdan axıra kimi dinləyicinin diqqətini cəlb edir, teleseriallarla və ya filmlərlə müqayisədə bu say olduqca azdır. Yəni radiostansiyanın və ya radio verilişinin düzgün seçim məsələlərindən başqa, düzgün efir vaxtının seçiminə xüsusi diqqəti yetirmək lazımdır.
Radiostansiyaların qiymətləndirmələrinə və günün vaxtından onların asılılığına nəzər yetirsək, ən aşağı qiymətləndirmələr gecələr olur, amma adi günlərdə reklam təxminən 60-70% daha bahalı olur istirahət günləri ilə müqayisədə. Beləliklə, auditoriyanın əhatə nöqteyi-nəzərindən, radioreklamlar səhərlər nahara kimi və axşamlar iş gününün bitməsindən sonra ən effektiv vaxt kimi hesab olunur. Bəzi istehlak malları üçün bu vaxtı qiymətləndirmək belə çətin deyil. Məsələn, yüngül qidalanmanın məhsullarını səhərlər reklam etmək daha yaxşıdır, belə ki nahara qədər hələ xeyli vaxt var. Qəhvə və ya başqa energetika içkilərini səhərlər reklam etmək daha faydalır, çünkü insanlar həmin vaxtlar tam oyaq olmurlar və ya axşamlar insanların yorğun düşüb işlərini tamamlamağa gücləri çatmayanda reklam etmək daha faydalır Həmçin, reklam blokunda mesajın mövqeyi çox əhəmiyyətlidir. Reklamları eşidən insan stansiyanı dəyişir. Bunu radiostansiyaların qiymətləndirmələri də təsdiq edirlər, birinci və ya son pozisiya reklam blokunda adətən 10-25% daha bahalı olur. Həmçinin mövsümi artırılmış məbləğlər adətən noyabr-dekabr aylarında, endirimlər isə yanvar, avqust aylarında baş verir, xüsusi proqramlar isə üçüncü şəxslərin yada salmaları nətəcəsində və ya yaradıcı reklam üçün xüsusi qiymətləndirmələr nəticəsində olur.
Bir müddət öncə Facemark olaraq 10 mindən çox insanın iştirak etdiyi radio kanalların reytinqini öyrənmək məqsədilə sorğu keçirmişdik. Onun nəticələrinə də aşağıdakı linkdən baxa bilərsiniz.
http://www.facemark.az/news/fmr-sorgu/azerbaycan-radio-kanallarinin-reytinqi.html