"Coca-Cola" təkrar emalda rahatlıq üçün çıxarılmayan qapaqlı butulkalar istehsal edəcək.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, ətraf mühitə dəyən zərərin qarşısını almaq və tullantıları azaltmaq üçün "Coca-Cola" tullantıların bir hissədə təkrar emal oluna bilməsini təmin edərək qablaşdırmaya yapışan qapaqlı plastik butulkalar istehsal edib. 2024-cü ilə qədər İngiltərədəki "Coca-Cola"-nın bütün plastik butulkalarında bu dizayndan istifadə edərək ekoloji cəhətdən daha təmiz addımlar atması hədəflənir. "Wall Street Journal"nın xəbərinə görə, Şotlandiyada rəflərdə butulkalarla bütöv olan qapaqlı dizaynlar artıq yer almağa başlayıb.


"Coca-Cola" Böyük Britaniyanın idarəedici direktoru Con Vuds qeyd edir: "Bu, kiçik bir dəyişiklikdir və ümid edirik ki, istehlakçılar butulkalarımızı təkrar emal etdikdə geridə heç bir qapaq qalmamasını təmin etməyə böyük təsir göstərəcək".


Qeyd edək ki, "Greenpeace" işçiləri və bəzi iqlim fəalları bu butulkaların heç bir həll yolu olmadığını və plastik çirklənmə böhranının qarşısını almaq üçün bir addım olmadığını düşünürlər.