Media təşkilatı Initiative ilə birgə Unilever şirkəti iki paytaxt sularında gəzinti qayıqlarında Cornetto markasının genişmiqyaslı reklam kampaniyasını həyata keçirib.
Ən böyük federal tranzit reklamı olan "062-Reklam" operatoru qeyd olunan reklamın istehsalı və yerləşdirilməsi ilə məşqul olub.
Unilever artıq üçüncü ildir ki, Rusiyada su nəqliyyatında reklam yerləşdirir. Şirkət əvvəllər Peterburq istehlakçılarını “EKZO” markası ilə tanış ediblər və bu il isə Cornetto dondurmasının reklamını yalnız Sank-Peterburqun su sahəsində deyil, həm də ilk dəfə olaraq paytaxtın əsas su magistralı olan Moskva çayına da çıxacaq. Reklam kampaniyası kompleksi çərçivəsində Unilever markasının eksklyuziv məhsullarının reklamı iki meqapolisdə 15 gəmi və 6 körpü üzərində yerləşdirilib.
Andrey Kutuzov, Rusiya, Ukrayna və Belarus üzrə Unilever şirkətlərinin dondurma qrupu kateqoriyasında baş brend-meneceri, bildirib ki, "Bu gün bütün müxtəlifliyinə baxmayaraq dondurma seçərkən mühüm rolu şirkətin nüfuzu oynayır. Buna görə də seçilmiş reklam strategiyasın məzmunu üçün yüksək keyfiyyətli premium seqmentindəki markalar kimi bizim məhsulların da təsvirini saxlamaq lazımdır. Gəzinti qayıqlarında reklam yerləşdirilməsində təcrübə qazanaraq biz qoyulan məqsəndlərə cavab verən su üzərində reklamı nə dərəcədə uğurlu olmasını bilirik, çünki mərkəzi su sahəsində hərəkət edən qayıq şəhərin mərkəzindəki bizim böyük miqlaslı reklamımız deyil, həm də şəhər landşaftının hissəsi və üzü olan təsvir daşıyıcısıdır. Bu cür reklamın yerləşdirilməsi məhsulun vəziyyətini dəstəkləyir, istehlakçıların markaya olan müsbət münasibətlərinin yaranmasına kömək edir və ona qarşı olan etibarlılığın səviyyəsini yüksəldir."
Coğrafi yer - Sankt-Peterburq, Moskva. Miqyas - 21 səth.