İyunun 14-də yayıma başlayacaq "Disney+"un yeni məzmununu açıqlanıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, yeni təqdim olunan yerli və xarici məzmunu ilə "The Walt Disney Company"nin rəqəmsal yayım platforması "Disney+", orijinal yerli məzmunundan yenisini açıqlayıb. "OGM Pictures"in prodüserliyi, rejissorluğunu Yağmur & Durul Taylanın etdiyi "Gri" kod adlı serialın çəkilişləri başlayıb. Baş rollarda Timuçin Esen və Ebru Özkanın yer aldığı aktyor heyətində Alican Yücesoy, İlayda Akdoğan, Buçe Buse Kahraman, Mücahit Koçak, Onur Bilge, Selin Kahraman və Daniel Koray Özsoy da yer alır.


Kriminal, sirr və psixoloji triller olan 8 seriyalı serialın çəkilişlərinə son bir neçə həftə ərzində başlanılıb. Çəkiliş meydançasından ilk kadrların paylaşıldığı serial, qızının yaşadığı xoşagəlməz hadisə ilə həyatı dəyişən, uğurlu və hörmətli hüquqşünas Fuatın həyatından bəhs edir.