Mobil qurğulardan istifadə daim genişlənir hərçənd ənənəvilərdən əhəmiyyətli dərəcədə geri qalsalarda mobil reklamlara büdcələr də artmaqda davam edir.
Email və kross-kanal marketinqi üzrə xidmət göstərən ‘’Strongmail’’ şirkəti apreldə şirkət rəhbərlərinin sorğusunu keçirmişdir və göstərmişdir ki, bütün dünyada şirkətlərin (54%) yarısından çoxu reklam daxil olmaqla, mobil marketinqə 5%-dən daha az büdcə sərf ediblər.
Trademob-un iyun tədqiqatları mobil marketoloqlara və reklamçılara xüsusilə reklam sahəsində büdcələrin artımı üçün əlavə əsaslandırılmalar vermişdir.
Mobil əlavələrdə (proqramlarda) reklamların nümayişi üçün platforma reklam üzrə təxminən 6 milyon klikdən 40%-i yalnız reklam vasitələrinin itməsinə gətirib çıxmasını aşkar etməyə imkan yaradırdı.
Mobil qurğuların daha kiçik ekranları, barmaqların köməyi ilə naviqasiyayla əlaqədar yaranırlar və təsadüfi kliklərin (22%) çox sayını təmin edirlər. Burada həmçinin mobil qurğuların ekranlarında uğursuz yerləşdirilmiş reklam elementləri də öz rolunu oynayır.
Kliklərin tanıtımı klik (PPC) üçün ödənişlə elanları yerləşdirən marketoloqlar üçün yeni anlayış deyil. Hal-hazırda tanıtım tiplərindən bəziləri ənənəvi kompyuterlərdən mobil qurğulara köçürülürlər. Tədqiqat hər onuncu klikin ‘’botnet’’ tərəfindən və ya klikərin tanıtımı nəticəsində aşkar edildiyini göstərir. Botnetlər klik sayğacının yanlış işləmələrini yaradan viruslar təşkil edirlər, reklamçı və ya saytın serverində təsbit edilirlər.
Botnet-dən fərqli olaraq, müştəri tərəfində tanıtım real klikləri nəzərdə tutur, kliklərə görə ödəniş edən reklamçının hesab vasitələrin yanlış silinməsi əsas hədəfdir.
Bu avtomatik olaraq kliklərin və ya digər elanın üstündən bir elanın yerləşdirilməsinin köməyi ilə əldə edilir, belə ki, klik edərkən onlardan hər biri hesaba alınır. Əlavə 8% kliklər isə, saytlarda adi dələduzluqla və ya səhvlərlə əlaqədar qeyd olunublar, bu isə öz növbəsində serverlərə yanlış informasiyanın göndərilməsinə gətirib çıxarır. Bütün bu effektlər olduqca bahalıdır. eMarketer proqnozlaşdırır ki, bu il mobil reklamlara xərclər 1,1 milyard ABŞ dolları təşkil edəcək, 2016-cı ildən etibarən isə, onlar $5,9 milyard nail olacaqlar.
Bu müddət ərzində mobil reklam inkişaf edəcək və yanlış kliklərin sayının azalması nəzərdə tutulur. Fırıldaqçı kliklərin azalmasının digər bir səbəbi isə, bu sahənin mobil qurğular üçün spesifik problemlərinin emalı üçün məlumatlarla işləməsinin daha yaxşı öyrənilməsidir. Eyni zamanda şirkətlər diqqətlə mobil reklam alətlərinin təchizatçılarına baxmağı, onların reputasiyasına, kliklərin keyfiyyət yoxlanmasının xüsusiyyətlərinə və işin siyasətinə diqqət ayırmağı öyrənməlidir.
Şirkətlər keyfiyyətə nəzarət edən alətlərdən və ya xidmətlərdən istifadə edərək reklamlarının keyfiyyətini yaxşılaşdırmağı bacararırlar. Onlardan bir çoxu saytların və dələduzların qara siyahılarını təmin edirlər. Eyni zamanda reklamın təsdiq edilməsi şirkətlərə onun maksimal effektivliyinin təminatı üçün şəxsi reklam fəaliyyətinə fəal nəzarət etməyə kömək edə bilər.