Facemark.az Nurlan Qarayevin "Türkiyədə VİP elektrik avtomobillərinin qiyməti" haqqında yazısını təqdim edir!


Son illərdə çox məşhurlaşan elektrik avtomobillərinə böyük investisiyalar qoyulub. Bir çox marka öz elektrik avtomobilləri üzərində işləyir. Gələcəkdə daxili yanma mühərrikli avtomobilləri əvəzləyəcəyi gözlənilən elektromobillərin Türkiyədə satışı o qədər də yüksək olmasa da, satış rəqəmləri artmaqda davam edir.


Cari ilin yanvar-iyun dövründə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə benzinlə işləyən avtomobillərin satışı 2 %, dizellə işləyən avtomobillərin satışı 31,1 %, qazla işləyən avtomobillərin satışı isə 63,8 % azalıb.


Bu dövrdə hibrid avtomobil satışları yüzdə 4,6, elektromobil satışları isə 154 % artıb.


Türkiyədə 1 milyon lirədən yuxarı qiymətlərlə satışa çıxarılan elektrik avtomobillərinin siyahısı belədir:


1. BMW iX3



BMW iX3 mövcud BMW X3-ün əsas dizaynını saxlayır. Tam doldurulduqda 460 km məsafə qət edə bilən BMW iX3 150 kVt-a qədər yüksək güclü doldurma xüsusiyyəti ilə diqqət çəkir.


Qiyməti: 2 milyon 363 min 500 TL\ 180.000 AZN



2. Jaguar I-Pace





Türkiyədə satılan ən diqqətəlayiq elektrik avtomobillərindən biri də "Jaguar" tərəfindən istehsal olunur. "I-Pace" adlanan bu avtomobil akkumulyatoru tam doldurulduqda 470 km məsafə qət edə bilir.


Qiyməti: 2 milyon 489 min 389 TL/ 195.000 AZN



3. MG ZS EV



Çində istehsala başlandıqdan sonra elektrik ZS EV modeli ötən il Türkiyə bazarına daxil olub.


CATL markalı su əsaslı maye ilə soyudulmuş 44,5 kWS batareya ilə 335 km məsafə qət edə bilən MG ZS EV evinizdəki rozetkadan 7 saata tam doldurula bilər.


Köhnə qiymət: 729 min TL/ 71.000AZN


Yeni qiymət: Facelift versiyası gəldikdən sonra elan ediləcək.



4. Mini Cooper SE






"MINI Cooper SE" adlı elektrikli avtomobil səssiz və ekoloji cəhətdən təmiz avtomobil xüsusiyyə-tini saxlayır.


184 at gücünə malik avtomobil 0-100 km/saat sürəti 7,3 saniyəyə yığa bilir. Sürətli doldurma stansiyalarında batareyalarını yarım saatda 80 faiz doldura bilən "MINI Cooper SE" tam doldurulduqda 232 km məsafə qət edir.


Qiymət: 824 min 473 TL/ 80.000AZN


5. Volvo XC40 Recharge





"Volvo XC40 Recharge" bir dəfə doldurma və 408 at gücü ilə 418 kilometr məsafə qət etməyi təklif edir. Sürətli doldurma sistemi ilə avtomobilin akkumulyatoru təxminən 40 dəqiqə ərzində 80%-ə qədər doldurula bilir.


XC40 SUV-nin tam elektrik versiyası olan "XC40 Recharge" "Volvo Cars"ın Kompakt Modul Arxitekturasına (CMA) əsaslanır.


Qiymət: 1 milyon 550 min 395 AZN/ 90.000