JWT agentliyi tərəfindən hazırlanmış məzəli kampaniya ötən günlərdə 77-illik yubileyini qeyd edən Nestlé-yə məxsus Kit Kat markası stratosferdən Feliks Baumqartnerin tullanması dəstəklədi.
Feliks və Red Bull Stratos komandası yer kürəsində yaxşı hava şəraitini gözləyərkən, Kit Kat kosmosla sərhədə ‘’baton’’ göndərərək Break from Gravity məhsulunun "qravitasiyadan Azad ol" sloqanı şərh etdi. Kit Kat-ın stratosferaya buraxılması Böyük Britaniyada Feliksin havaya qalxmasından bir neçə saat əvvəl baş tutmuşdur.
Tamaşaçılar Kit Kat səyahətini meteozonda konstruksiyaya əlavə olunmuş GoPro kamerasının sayəsində müşahidə ediblər. Baton demək olar ki, Baumqartner kimi yerdən 35,5 kilometr hündürlüyə qalxdı. JWT komandası 24 saat ərzində Kit Kat-ın havaya buraxılması haqqında virus videoçarxını yaradaraq, onu Facebook və Twitter (#BreakFromGravity heşteqilə) şəbəkələrinin vasitəsilə yayımladı. İndiyədək YouTube-da videonu 17 mindən çox insan izləyib.