Bir həftə keçməmiş Chanel N°5 Bred Pitt-lə ikinci reklam çarxını təqdim etdi. Bu dəfə tamaşaçılara bir qədər izah və bəzi tapmacalar verilib. Yeni çarxda sarışın və qaraşın kadrlar aktyorla iki qadının təsvirlərini dəyişirlər. Bred Pittin fikirləri və mətn isə dəyişilməz olaraq qalır.
Videonun bir qədər abstrakt yerləri və gözlənilmədən tamamilə naməlum qadınların ortaya çıxması (Chanel reklamı üçün qəribə hesab olunsada) mətbuatda şayiələrə səbəb oldu.
Bəziləri hesab edirlər ki, marka birmənalı aktyorun həyatında vaxtilə mövcud olmuş eşq üçbucağı haqqında tamaşaçılara bir xatırlatmadır. Məsələn, romantik və zərif sarışının obrazı Bredin keçmiş həyat yoldaşı olmuş Cennifer Eniston-u xatırladır, qaçılmaz, hökmlü qaraşın obraz isə Ancelina Djoliyə atmaca kimi hesab olunur. Bəziləri hesab edirlər ki, iki obraz - sirli və gözlənilməz qadın təbiətinin təsviridir. Digərləri isə, son iki çarxın əsl tizer kampaniya olduğunu düşünürlər və tamaşaçıları ətirin yeni simasının yaranmasına hazırlayırlar.
Lakin kim nə deyir desin, Chanel ideyası dəqiq intriqa yaratdır!