"Ford" artıq ABŞ-da "Wieden+Kennedy" ilə əməkdaşlıq edəcək. "Ford"un yeni qlobal reklam agentliyi olan "Wieden+Kennedy" brendin brend strategiyası işini idarə edəcək.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, 2018-ci ildə qlobal reklam agentliyi olan "BBDO" ilə əməkdaşlıq edən "Ford", "Wieden+Kennedy"nin innovasiya tərəfdaşı olduğunu bildirmiş və 2020-ci ildə agentlik "Ford"un ABŞ-dakı işlərinə rəhbərlik etməyə başlamışdı.
"BBDO" ABŞ-da "Ford"un CRM fəaliyyətlərinə cavabdeh olacaq, aktivləşdirmə tərəfində isə "WPP" üstlənəcək.
Qeyd edək ki, "Ford" 2021-ci ildə qlobal reklam xərcləri 3,1 milyard dollar olub.