Zara mağazaları Rusiyada Yeni Moda adı ilə fəaliyyət göstərəcək.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, brendin bütün kolleksiyaları pərakəndə satış məntəqələrində təqdim olunmayacaq. Ümumilikdə isə dörd mağazanın açılması planlaşdırılır. Bundan əlavə, şirkətin Rusiya ofisi Livanlı bir iş adamının rəhbərliyi altında işləməyə davam edəcək.


Bundan əvvəl Moskvadakı "Atrium" və "Metropolis" ticarət mərkəzlərinin, eləcə də Sankt-Peterburqdakı Qalereyaların sahiblərinin yenidən açılması üçün Zara, Pull & Bear, Bershka və Stradivarius brendlərinin sahibi olan İspaniyanın Inditex ilə danışıqlar apardığı bildirilib.