Türkiyənin 2013-cü ildə geri çəkildiyi “Eurovision” mahnı müsabiqəsində bu il daha 3 ölkənin iştirak etməyəcəyi açıqlanıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Şimali Makedoniya", "Monteneqro" və "Bolqarıstan" qeydiyyat xərclərinin yüksək olduğunu əsas gətirərək İngiltərənin Liverpul şəhərində keçiriləcək mahnı müsabiqəsindən imtina ediblər.
Normalda hər bir ölkənin yayımçısı müsabiqənin təşkili üçün rüsum ödəyir, lakin bu məbləğ ölkədən asılı olaraq dəyişir. Digər tərəfdən, Rusiya Ukraynanın işğalı ilə əlaqədar müsabiqədən kənarlaşdırılanda iştirak haqqının kəsilməsi digər ölkələrin payını artırıb.


Bunlara əlavə olaraq, yayımçılar enerji qiymətlərinin artması, Ukrayna müharibəsi və bir çox digər iqtisadi səbəblərin də qərarlarında təsirli olduğunu açıqlayıblar.
Açıqlamada, "Bu qərar, artan xərclər və enerji böhranı səbəbiylə yüksək iştirak haqqı nəzərə alınmaqla, vətəndaşlarımıza fayda verəcək", "Bu qərar həm də Makedoniya nümayəndə heyətinin Liverpulda qalması üçün ayrılacaq büdcəyə qənaət edəcək."