BMT-nin Beynəlxalq Uşaq Fondunun İsveçrə filialı üçün (Unicef İsveçrə) Saatchi & Saatchi təşkilatı minimalistik və parlaq təsvir hazırlamışdır.
Görüntüdə qırıq diş ilə beş uclu çəngəl simvolik uzadılan əl kimi təsvir olunub. Həmçinin bunu iki cür izah etmək olar: o ya kömək etmək üçün, ya da dilənçilik üçün uzadılıb.
Çəngəlin mərkəzi təsviri təsadüfi deyil. O yemək, habelə aclıq ilə assosiasiya yaradaraq əsas mesajı çatdırır.
Görüntü 16 oktyabr Ümumdünya Ərzaq gününü elan etmək üçün nəzərdə tutulmuşdur. Reklam “hər il 2,5 milyon uşağın aclıga görə öldüyünü" bildirir və onların xilası üçün ianə etməyi xahiş edir.