Popsop jurnalının verdiyi məlumata görə, Argentinalı futbolçu Lionel Messi Head & Shoulders şampununun reklam çarxında çəkildi. Onun iştirakı ilə reklam Latın Amerika mənşəli ABŞ sakinlərinin diqqətini Refresh for Men kişi şampun xəttinə cəlb etmək üçün nəzərdə tutulub.
Messi əvvəllər də Latın Amerika bazarı üçün nəzərdə tutulan Head & Shoudlers-in çarxlarında iştirak etmişdir. ABŞ-da Refresh for Men reklam kampaniyası futbolçunun iştirakı ilə televiziya və sosial şəbəkə reklam seriasından ibarətdir.
Keçmişdə Head & Shoudlers şampununun Amerika üçün nəzərdə tutulan reklamlarında digər məşhur idmançılar da çəkilib, o cümlədən dəfələrlə Olimpiya çempionu olan Maykl Felps və Milli futbol liqasının oyunçusu Troy Polamalu.
Əvvəllər Lionel Messi Pepsi və Adidas-ın reklam kampaniyalarında iştirak etmişdir.