Küçə geyimlərinin aparıcı brendlərindən biri olan Vans, yeni MTE (Made for The Elements) kolleksiyasının təqdimatı üçün fərqli bir kampaniya irəli sürüb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, kampaniya çərçivəsində brend 3 metrlik nəhəng ayaqqabıları Nyu York küçələrində gəzintiyə çıxarıb.


Həmçinin, brend kolleksiyadakı məhsulları sınamaq istəyən ziyarətçilərə bir cüt ayaqqabı verib.