Mitsubishi uzaqdan çalışan işçilərin əqli və fiziki sağlamlığını dəstəkləmək üçün mobil ofis təqdim edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, bir çox şirkətlərin tamamilə uzaqdan və hibrid iş üslubunu qalıcı hala gətirdiyi bir vaxtda, Mitsubishi Canter 2WD model karavan ilə mobil ofis konsepsiyasını mümkün edir.



Karavan uzaqdan işləməyi asanlaşdıran imkanlara malikdir. Asanlıqla gizlədilən tənzimlənən masa və skamya, həmçinin iki nəfərlik iş yeri ilə təchiz edilmişdir.