"Pizza Hut" YouTube fenomeni Airrack ilə birlikdə dünyanın ən böyük pizzasını hazırlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Pizza Hut" fevralın 1-də menyusuna nəhəng pizza əlavə etməyə hazırlaşır. 90-cı illərin məşhur pizzasını canlandırmağa hazırlaşan brend Ginnesin Rekordlar Kitabına da düşməyi bacarıb. YouTube fenomeni Airrack ilə güclərini birləşdirən və yanvarın 19-da şənlik keçirən "Pizza Hut", 1291 kvadratmetrlik nəhəng pizzası üçün 6 tondan çox xəmir istifadə edib.


Nəhəng pizza uğur qazandıqdan sonra xeyriyyə təşkilatlarına bağışlanıb.