Facemark.az Xəqani Səfərovun "Qurana görə uğurlu işçinin xüsusiyyətləri" adlı yeni yazısını təqdim edir!


Klassik biznes nəzəriyyələrində biznesi 4 səbəb yaradırdı. Adam Smitdən tutmuş son dövrlərinə qədər iqtisadçılar deyirlər ki, biznesi bu 4 səbəbə yaradır: Kapital, yer ( fabrik, mağaza və s.) , avadanlıq (biznesi həyata keçirən alət) və insan. Ancaq müasir nəzəriyyələr bu fikiri tam qəbul eləmir. Müasir yanaşmaya görə biznesi yaradan da, məhv edəndə elə bir səbəbdir. O da insandır. Çox vacib bir biznesə səhv adam qoysan onu batırarsan, ancaq zəif bir biznesdə düz adam olsa onu böyük yerlərə aparar. Yəni müasir biznes menecment qəbul edir ki, insan çox həll edicidir.


Buna görə də biznesdə doğru işçini işə götürmək ən mühim hadisələrdən biridir. Hər zaman qarşılaşdığım sualdır ki, necə işçini işə götürə?! Gəlin görək mübarək kitabımız Quran bu barədə nə deyir. Bununla bağlı Quranda iki hadisə var.


Hz. Şüeyb peyğəmbər Hz. Musanı işə götürür.


Bu hadisə Qəsəs surəsində keçib. Hz. Musa şəhərdə bir davada iştirak edir və şəhər polisləri onun axtarırlar. O da qaçıb Mədyən çölünə üz tutur. Mədyənin su quyusuna çatanda orada heyvanlarına su verən bir dəstə adam görür. Bir də görür ki, iki qız qoyunlarla birlikdə qıraqda dayanıb. Onlara niyə burada dayandıqlarını soruşanda qızlar deyir ki, atamız yaşlıdır. Ona görə biz çobanlıq edirik. Bu çobanların getməsini gözləyirik ki, biz də qoyunlarımıza su verək. Hz. Musa da onlara kömək edib, heyvanlarına su verir. Kişi olduğuna görə çobanların arasına girib işi tez bitirir. Qızlar buna görə çox utanırlar və Hz. Musaya deyirlər ki, atamız sənin muzdunu ödəməlidir. Bu qızların da atası Şüeyb peyğəmbər olur. Hz. Musa onlara gedir. Qızları atalarına deyir ki, Hz. Musanı işə götürsün. Şüeyb peyğəmbər də onu 10 illik müqavilə ilə çoban olaraq işə götürür.


Bu prosesdə çox maraqlı bir ayə var. “Qızlardan biri: “Atacan! Onu muzdla (çoban) tut! Həqiqətən, o, muzdla tutduqlarının ən yaxşısı, ən güclüsü və ən etibarlısıdır”, - dedi”. (Qəsəs surəsi, 26-cı ayə)


Buradanda görsənir ki, işçidə əsas iki xüsusiyyət olmaldır: Güc (bacarıq) və etibar (dürüstlük).


Süleyman peyğəmbər və İfritin hekayəsi


İşçi bacarığı ilə bağlı ikinci hadisə isə Nəml sürəsində keçir. Süleyman peyğəmbər böyük səltənət sahibi olur. Gəlib Süleyman peyğəmbərə deyirlər ki, başqa bir yerdə - Səbə məmləkətində bir qadın hökümdar var. Adı Bəlqisdir və onların əhalisi Allaha yox, günəşə sitayiş edir. Süleyman peyğəmbər ona bir məktub göndərir və Allahın dininə dəvət edir. Bəlqisdə Süleyman peyğəmbərə bir elçi ilə hədiyyə göndərir və göstərir ki, onun ordusu güclüdür. Süleyman peyğmbərdə elçini geri qaytarır və xəbər göndərir ki, onların üzərinə gələcək. Daha sonra öz əyanlarına deyir, ki, biz ora çatmamış kim Bəlqisin taxtını mənə gətirər?! (Onun çox gözəl bir taxtı olur). Cinlərin ən güclü olanlarından İfrit deyir ki, sən yerindən qalxmamış mən onu sənə gətirərəm.


Burada ayədə də yaxşı işçinin xüsusiyyəti qeyd edilib. “Cinlərdən çox güclü biri: “Sən yerindən qalxmadan mən onu sənə gətirərəm. Həqiqətən, mənim buna gücüm çatar və mən etibarlıyam!” - dedi.” (Nəml surəsi, 39-cu ayə)


Bu hadisədən də görsənir ki, yaxşı işçinin iki əsas xüsusiyyət olmaldır: Güc (bacarıq) və etibar (dürüstlük).


Bir dəfə bir yerdə qarşıma çıxmışdı ki, dünya milyarderlərindən Warren Buffett işə aldığı adamlardakı xüsusiyyətlərlə bağlı sual cavab verərkən demişdi ki, o komandasına götürdüyü adamlarda 3 əsas xüsusiyyətlə diqqət edir: Dürüstlük, zəka, enerji.


Əslində elə Buffett da bu iki xüsusiyyətdən danışır. Zəka iş zəkasıdırsa o elə bacarıqdır. İş etmə zəkasında olmaq elə bacarıq deməkdir. Enerji də bacarığın aktivləşmiş halıdır. Əslində yuxarıdakı hekayə və aylərədən enerjiliyi də çox asan çıxarmaq olur.


Mən özüm də sayını unutduğum qədər işə qəbullar həyata keçirmişəm. Yanıldıqlarım da olub, uğurlu olanlar da. Bütün bu işə qəbul hadisələrindən anladığım yaxşı namizəd profili formalaşdırmışam. Uzun illərdir bunu təlimlərdə də deyirəm. Mənə görə yaxşı namizədin 3 mühim xüsusiyyəti bunlardır: Dürüstlük, enerji və öyrənə bilmə qabiliyyəti (bacarıq).


Belə anlayıram ki, dürüstlük və bacarıq yaxşı işçinin ən fundamental bacarığı olmalıdır.


Allah nəsib eləsə gələn mövzu “Niyə məhz dürüstlük və bacarıq önə çəkilib?” haqda olacaq.


Necə deyərlər ardı var...