Maxmedia Kreativ Agentliyi 2012-nin rəmzi olan əjdahanın başına oyun açmağı təklif edir. Agentliyin yaradıcı qrupunun təzəhoqqasının məğzi budur ki, yeni ilə keçmək üçün gərək biraz əziyyət çəkib, köhnə ilin qada-balasını, problemlərini təbriknamədən qoparıb atasan. Birdə görəcəksiz ki, başı bəlalı əjdaha dönüb su kimi saf ilan olub.