Rabitəbank ASC nizamnamə kapitalını 5 milyon manat artıraraq 2013-cü ilin əvvəlinə 35 mln. manata, məcmu kapitalını isə 39 mln. manata catdırmışdır.
 


Başa çatmış 2012-ci ildə Səhmdarların Ümumi Yığıncağında Bankın nizamnamə kapitalının artırılması barədə qərar qəbul edilmişdir. Bu məqsədlə il ərzində mərhələli şəkildə əlavə səhm emissiyaları həyata keçirilmiş və bütün səhmlər Bakı Fond Birjası vasitəsi ilə açıq abünə yolu yerləşdirilmişdir.
 


2013-cü il ərzində Rabitəbank nizamnamə kapitalının artırılması istiqamətində fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, Rabitabank artıq 20 ildir fəaliyyət göstərir. Hazırda Bank 18 filial, 2 şöbə və 1 nümayəndəliklə ölkənin 14 regionunda geniş filial şəbəkəsi ilə təmsil olunur.