Toyotanın hekayəsi 19-cu əsrin sonlarında “Sakichi Toyoda”nın Yaponiya tekstil sənayesi üçün bir inqilab olan Yaponiyanın ilk avtomatik toxuma dəzgahını icad etməsiylə başlamışdır.
“Sakichi Toyoda” 1918-cu ilin yanvar ayında Toyoda iplik və toxuma fabrikini qurmasının ardından, 1924-cü ildə böyük arzusu avtomatik toxuma dəzgahını oğlu “Kiichironun” köməyi ilə tamamlamışdır.İki il sonra isə Toyoda avtomatik toxuma dəzgahları fabriki yaradılmışdır. Atası kimi bir ixtiraçı olan “Kiichiro” 1920-ci illərdə Amerika və Avropa səyahətlərində yeni inkişaf edən avtomobil sənayesindən kifayət qədər təsirlənmişdi. “Kiichiro” atasının avtomatik toxuma dəzgahının patentinin satılmasından əldə etdiyi £100000-un çoxunu istifadə edərək, 1937-ci ildə “Toyota Motor Corporation” (TMC) qurmuşdur.
Toyota qrupu hal-hazırda ən çox avtomobil istehsalçısı olaraq tanınmasına baxmayaraq, hələ də tekstil işinə davam etməkdə və dünya səviyyəsində istifadə oluna bilən avtomatik dəzgahları istehsal etməkdədir. Səkkiz rəqəmi şanslı rəqəm olaraq qəbul edilən Yaponiyada Toyota “Toyoda”dan daha şanslı kimi qəbul edilir.
Sakit okean döyüşü əsnasında şirkət imperatorluq ordusu üçün yük maşınının istehsalına üstünlük verirdi və Yaponiyadakı yoxluğa görə hərbi yük maşınları hazırlaya bilirdi.Yük maşınlarının ön tamponda ortada tək bir farası var idi.
1947-ci ildə döyüşdən sonra ticarət minik vasitə istehsalı SA modeliylə başladı. 1950-ci ildə digər bir satış şirkəti olan “Toyota Motor Sales Co.” quruldu. 1956-cı ilin aprel ayında “Toyopet” diller şəbəkəsi quruldu.Bir il sonra isə “Toyota Crown” ABŞ-a və ixrac edilən ilk Yapon avtomobili oldu, həmçinin Toyotanın Amerika və Braziliya hissələri “Toyota Motor Sales Inc.” və “Toyota do Brazil S.A.” quruldu. O gündən etibarən toxuma dəzgahlarından avtomobilə qədər yoldakı maneələri müvəffəqiyyətlə aşan Toyota, brendləşmə yolundakı fərqli hekayəsi ilə diqqət çəkməkdədir.
2012-ci ildə Toyota markasının əyləncəli reklamlarından birini təqdim edirik: