Boz bir iş günü və fasilədə darıxdırıcı, çirkin və çox vaxt dadsız nahar. Bundan darıxdırıcı nə ola bilər? Ancaq işdə fasilə zamanı insanın könlü sevinmək istəyir.



McDonalds təqdim etdiyi video çarxda əsas ideya kimi gözəl naharı götürüb və yeni Cajun Crispy Chicken rollu reklam edib.



Marka ingilislərə yemək vərdişlərini dəyişməyi və sönük gündəlik həyat ilə vidalaşmağı təklif edir.



Video çarx Londonun Leo Burnett təşkilatı tərəfindən hazırlanıb.