Yeni kampaniya dünyanın müxtəlif dillərindən ibarət məzəli video çarxların seriyasından aviaşirkətin beynəlxalq auditoriyasını birləşdirməyə səsləyir.
Dünyanın ən dinamik inkişaf edən aviaşirkətlərindən biri olan Emirates Airlines tərcümənin incəliklərinə toxunaraq "Təbəssümlə Bölüş" ("Share a Smile") adlı yeni çoxdilli kampaniyasına start verib. Kampaniya çərçivəsində Emirates Airlines əməkdaşlarının iştirakı ilə 14 dildə dünyanın müxtəlif yerlərindən məşhur, məzəli və orijinal ifadələrin və "greetings"lərin mənasını izah edən 29 video çarx təqdim edib. Kampaniya səyahətçilərə dil baryerinin öhdəsindən gəlmək və video çarxları göndərərək dost-tanışlarla yaxşı əhval-ruhiyyəylə bölüşməyə kömək etmək üçün Emirates Airlines tərəfindən hazırlanıb.
Əhval-ruhiyyənin qaldırması üçün yaradılmış 15-saniyəlik çarxlar çərçivəsində beynəlxalq Emirates komandası ingilis dilində "You are so pretty it made a bang" (çin dili), "You are the cats whiskers" (ingilis), "You have a lively blood" (ərəb), həmçinin məşhur rus ifadəsi olan "Dont make an elephant out of a fly" və s. kimi bir neçə məşhur frazaların mənasını izah edir. Bundan başqa, seriyaya iştirakçıların kadr arxası çəkilişlərinin ən gülməli anlarının videoçarxı da daxil oldu.
Kampaniya çərçivəsində Koreya, Alman, Portuqal, Rus, Türk, Fransız, Yapon, İngilis, Ərəb, Yunan, İspan, İtalyan, Çin (mandarin və kanton dialektləri) kimi 14 dildə 29 məzəli video çarx çəkilib. Kampaniyanın bütün videolarına Emirates Airlines-ın rəsmi Youtube kanalından izləyə bilərsiniz.
Aşağıda sizlərə Top-10 məzəli video çarxları təqdim edirik: